SƏRGİ 08 iyul, 19:00

"Balaca YARAT": uşaq əsərlərinin sərgisi

"YARAT" Müasir İncəsənət Məkanı Primorski Bulvarı İdarəsinin dəstəyi ilə "Kiçik YARAT" layihəsinin ilk yarımillik sərgisini təqdim edir.


"Balaca YARAT", uşaqların Aida Mahmudova və Mikelancelo Pislotelettonun fərdi sərgilərindən ilhamlanaraq müxtəlif ustad dərslərində hazırladıqları əsərlərin sərgisini təqdim edir.

 

Sərgi zamanı layihənin ustadları Nərminə Bağırova və Nigar Quliyeva uşaqların əsərlərinin mövzuları, seçilmiş materiallar və texnikalar haqqında məlumat verəcəklər. Eyni zamanda 1 ay müddətində Roman Qocayevin rəhbərlik etdiyi "Özünü Tap" layihəsinin yekun əsərləri də yer alacaq.

Uşaqlar isə sərgini gəzməklə yanaşı müxtəlif interaktiv müsabiqələrdə iştirak edib əylənib öyrənərək hədiyyələr qazanacaqlar.

 

Proqrama daxildir:

19:00 – Açılış
19:15 – Musiqili çıxış (Respublika Uşaq – Gənclər İnkişaf Mərkəzi)
19:30 – 20:30 – İnteraktiv müsabiqələr
19:30 – Nərminə Bağırovanın çıxışı
19:45 – Rəqs performansı (Respublika Uşaq – Gənclər İnkişaf Mərkəzi)
20:00 – Nigar Quliyevanın çıxışı
20:15 – Roman Qocayevin çıxışı
20:30 – Musiqili çıxış (Respublika Uşaq – Gənclər İnkişaf Mərkəzi)


 

Tədbirin təşkilati dəstəkçiləri:
 

• Dənizkənarı Bulvar İdarəsi
• Respublika Uşaq – Gənclər İnkişaf Mərkəzi
• ECAZ
• Acoola Kids


 

Tarix: 8 iyul 19:00

Giriş sərbəstdir.

Ətraflı məlumat üçün: +994 50 246-92-92

Ünvan: Müasir İncəsənət Mərkəzi "YARAT"-ın qarşında

 

Məlumat

Tarix: 08 iyul, 19:00
Rayon: Bayıl rayonu
Yaş: 0+
Teqlər: əsərlərinin sərgisi

"YARAT"


BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR