21–22 noyabr tarixlərində Bakıda uşaqlarla hara getmək olar?
Məqalə 19.11.2026

21–22 noyabr tarixlərində Bakıda uşaqlarla hara getmək olar?

Həftəsonu uşaqlarla birlikdə maraqlı vaxt keçirmək üçün məkan axtarırsınız? Bakıda sizi elmi formatda intellektual oyun, fizika təcrübələri, yaradıcı ustad dərsləri, Azərbaycan milli incəsənətinə həsr olunmuş festival və yapon mədəniyyəti ilə tanışlıq gözləyir. 21–22 noyabr tarixləri üçün maraqlı tədbirləri bir araya topladıq ki, bütün ailə üçün uyğun seçim edə biləsiniz!

 

«Nə? Harada? Nə zaman?» oyunu

22 noyabr tarixində elmi formatda intellektual «Nə? Harada? Nə zaman?» oyunu keçiriləcək.

İştirakçıları maraqlı suallar və məntiqi tapşırıqlar gözləyir. Uşaqlar biliklərini yoxlaya, komandada işləməyi və qeyri-standart həllər tapmağı öyrənə biləcəklər.

Oyunun aparıcısı — Sankt-Peterburq Dövlət Universitetinin biologiya fakültəsinin məzunu, neyrobioloq, biologiya elmləri namizədi Anna Vaysertreygerdir.

Tarix: 22 noyabr 
Saat: 13:00 
Yaş: 9–16 yaş 
Qiymət: 15 AZN 
Dil: rus dili 
Məkan: WorkLab, «28 May» metro stansiyasının yaxınlığı 
Əlaqə: +994 50 716 57 87 (WhatsApp)

 

Fizika dərnəyi

Velosiped pedalları fırlatdıqda niyə sürətlənir? Elektrik cihazları necə işləyir və top niyə qövs boyunca hərəkət edir? Bütün bunları fizika izah edir!

Sciencely Baku-nun fizika dərnəyində uşaqlar fiziki hadisələri eksperimentlər və müşahidələr vasitəsilə öyrənəcəklər. İştirakçılar qüvvə və hərəkət, enerji, elektrik, maqnetizm, atomun quruluşu, temperatur və təzyiqlə tanış olacaqlar.

Kurs 1,5 saat davam edən 14 dərsdən ibarətdir. Dərslər həftədə bir dəfə, həftəsonları keçirilir. Bütün lazımi material və avadanlıqlar təşkilatçılar tərəfindən təmin olunur.

Tarix: hər bazar günü 
Saat: 16:00 
Müddət: 1 saat 30 dəqiqə 
Yaş: 10–14 yaş 
Qiymət: aylıq 200 AZN və ya 14 dərs üçün 660 AZN. Sınaq dərsi — 50 AZN 
Dil: rus dili 
Məkan: WorkLab, «28 May» metro stansiyasının yaxınlığı 
Əlaqə: +994 50 716 57 87 (WhatsApp)

 

Yeni il master-klası

NART Studio «Soyuq əllər, isti rənglər» adlı gil ilə işləmə master-klasına dəvət edir.

İştirakçılar hazır qəliblərdən istifadə etmədən öz əlləri ilə gildən müxtəlif məhsullar hazırlayacaq, daha sonra isə onları zövqlərinə uyğun rəngləyəcəklər. Bişirilmə prosesindən sonra hazır məhsulu özləri ilə apara biləcəklər.

Studio xüsusi Yeni il dekorları ilə bəzədiləcək və qonaqları bayram ab-havası gözləyir.

Tarix: 21–22 noyabr 
Saat: 12:00–20:00 
Yaş: 0+ 
Qiymət: 9 AZN 
Dil: çoxdilli 
Məkan: İçərişəhər, Mərkəzi Univermağın yanı 
Əlaqə: +994 70 227 66 96 
Qeydiyyat: əvvəlcədən qeydiyyat mütləqdir.

 

Aksesuarların hazırlanması

Gözəllik yarmarkası çərçivəsində «Fırça İzi» art-studiyası yaradıcı aksesuar hazırlama master-klası keçirəcək.

İştirakçılar öz yaradıcılıqlarını nümayiş etdirə, əl işləri hazırlamağı sınaqdan keçirə və özlərinə məxsus orijinal aksesuarlar yarada biləcəklər.

Tarix: 21 noyabr 
Saat: 18:00–19:00 
Yaş: 0+ 
Qiymət: pulsuz 
Dil: çoxdilli 
Məkan: Crescent Mall, 1-ci mərtəbə

 

Öz əllərinlə yolka oyuncağı hazırla

22 noyabr tarixində Crescent Mall-da yerləşən «Ali and Nino» kitab mağazasında yolka oyuncağının hazırlanmasına həsr olunmuş yaradıcı master-klass keçiriləcək.

İştirakçıları bütün lazımi materiallar, çay süfrəsi və Instax ilə şəkil çəkdirmək imkanı gözləyir.

Tarix: 22 noyabr 
Saat: 13:00 
Yaş: 0+ 
Qiymət: 12 AZN (materiallar, çay süfrəsi və Instax ilə foto daxildir) 
Dil: çoxdilli 
Məkan: Crescent Mall, «Ali and Nino» kitab mağazası, 4-cü mərtəbə 
Əlaqə: +994 51 716 59 11

 

Kəlağayı festivalı

21–22 noyabr tarixlərində İçərişəhərdə Azərbaycan milli incəsənətinin ənənələrinə həsr olunmuş Kəlağayı Festivalı keçiriləcək.

Qonaqları əl işləri, müəllif əsərləri, yaradıcı ustad dərsləri, canlı musiqi, milli rəqslər və səhnə çıxışları gözləyir. Festivalda həmçinin milli təamlar, xüsusi dekorasiyalar, fot zonalar və sənətkarların əl işləri təqdim olunacaq.

Tarix: 21–22 noyabr 
Saat: 11:00–20:00 
Yaş: 0+ 
Qiymət: pulsuz 
Dil: çoxdilli 
Məkan: İçərişəhər, Bakı 
Əlaqə: +994 12 492 11 75

 

Origami Omamori master-klası

PHIN TOKYO PLAZA yapon mədəniyyətindən ilhamlanan Origami Omamori master-klasına dəvət edir.

İştirakçılar öz əlləri ilə kiçik yapon talismanı hazırlaya və onun içinə simvolik olaraq arzularını, ümidlərini və gələn il üçün xoş diləklərini yerləşdirə biləcəklər.

Tarix: 22 noyabr 
Saat: 13:00–17:00 
Yaş: 0+ 
Qiymət: 2 AZN 
Dil: çoxdilli 
Məkan: PHIN TOKYO PLAZA, Nizami filialı 
Əlaqə: +994 55 355 54 09

 

Bütün həftə üçün yaradıcı, maarifləndirici və əyləncəli tədbirlər «AFİŞA» bölməsində!

 

Tədbirlərə qatılmadan əvvəl təşkilatçılarla əlaqə saxlamağınız tövsiyə olunur.

 

Reklamla bağlı suallar üçün: +994 50 577 53 93.

Teqlər: 21–22 tarixlərində Bakıda uşaqlarla getmək

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR