2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda ev təsərrüfatlarının uçotu çərçivəsində sakinlərin istifadə etdiyi elektron cihazlar haqqında məlumatlar toplanacaq.
Belə ki, kompüterlər, noutbuklar və planşetlər qeydiyyata alınacaq. Yalnız cihazların mövcudluğu deyil, onların sayı və növü də qeydə alınacaq.
Bundan əlavə, ev təsərrüfatlarının internetə hansı üsulla qoşulduğu da müəyyən ediləcək. Bu zaman naqilli bağlantı (telefon xətti, kabel televiziyası və ya optik lif) və simsiz internet (mobil telefon, data-kart və ya USB-modem) ayrıca nəzərə alınacaq.
Yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.