11 iyul tarixində "Art Tower" qalereyasında gənc rəssam İlahi Qəribovanın fərdi sərgisinin açılışı olacaq. "Danışan gözlər" adlı ekspozisiya "Yaz Festivalı-2018" çərçivəsində təqdim ediləcək.
İlahə Qəribova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi, Gənclər Şəbəkəsinin üzvüdür.
Sərgi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Dövlət İncəsənət Qalereyasının və İncəsənət Şurasının Azərbaycan QHT-nin dəstəyi ilə təşkil olunub.

Tarix: 11 iyul 19:00
Sərgi iyul ayın 18-dək bu cədvəldə davam edəcək: 11:00-17:00
Giriş sərbəstdir.
Məlumat üçün: +994 12 492-92-69
Ünvan: "İçəri Şəhər", Kiçşik Qala küç., 105