Artıq mühəndisliyi, robotların proqramlaşdırılmasını və hətta bir raket qurmağı gənc ixtiraçılar Amerikanın təhsil markası olan "Engineering For Kids Azerbaijan"
Təhsil Mərkəzində öyrənə biləcəklər.
STEM mərkəzi məktəbəqədər uşaqlar və məktəblilər üçün, tədris ilinin başlanğıcını elan edir! STEM dərslərində tələbələrə paralel olaraq elm, texnologiya, mühəndislik və riyaziyyat sahələri üzrə təhsil verilir.
Kursa az yaşlı uşaqlar belə qoşula bilər! (4-14 yaş)
"Junior Engineers" kursu, 4-6 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur ki, bu dərslər əyləncəli oyunlar və çalışmalar əsasında həyata keçirilir. Məktəbəqədər uşaqlar avtomobillər, körpülər, gəmilər, şəhərlər , zavodlar, yollar və təyyarələr inşa edirlər. Təcrübə yolu ilə gənc mühəndislər məntiqi, düşünmə qabiliyyətlərini və bacarıqlarını inkişaf etdirirlər.
Məktəblilər üçün "Apprentice Engineers & Masters" proqramı təqdim olunur. Kurs robototexnika, 3D-çap, mekatronika, kodlaşdırma, həmçinin müxtəlif mühəndislik sahələri: aerokosmik, mexaniki, ekoloji, elektrik, sənaye, kimya və dəniz mühəndisliyi kimi sahələri əhatə edir.
Uşaqlar öz ixtiralarını sınaq və təşviq etməklə tənqidi düşünmə, komanda işi və təqdimat bacarıqlarını artırırlar.
Diqqət! Sentyabrın 28-dək qeydiyyatdan keçənlər üçün 20% endirim tədbiq olur! Bu gün qeydiyyatdan keçməyə tələsin!
STEM proqramının 3 modulunu keçən uşaqlar, "Engineering For Kids Azerbaijan" sertifikatını əldə etmiş olurlar. (1 modul 6 dərsdən ibarətdir).
Məkan: “Engineering For Kids Azerbaijan”
Yaş: 4-14 yaş
Dil: azərbaycan, ingilis və rus
Ödəniş: 70 AZN-dan başlayaraq
Əlaqə nömrəsi: (050) 444-25-25
Ünvan: "Globus Mərkəzi", 11-ci mərtəbə