Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları noyabr ayında ardıcıl dörd günlük istirahət gözləyir. Belə ki, noyabrın 7-dən 10-dək qeyri-iş günləri olacaq.
Noyabrın 8-də Azərbaycanda Zəfər Günü, 9-da isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, noyabrın 10-u da qeyri-iş günü hesab ediləcək.
Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.