Fizika dərnəyi
21 fevral - 15 may, 16:30 - 18:00

Fizika dərnəyi

Velosiped niyə pedalları fırladanda daha sürətli gedir, top isə niyə qövs üzrə uçur? Telefon niyə işıqlanır və zəng edir, ütü isə niyə qızır? Bütün bunlar fizikanın mövzusudur! Dərslərimizdə uşaqlar fizikanı mürəkkəb düsturlar vasitəsilə deyil, gündəlik həyatda rast gəlinən hadisələr və gözlə görünən təcrübələr vasitəsilə öyrənəcəklər.

 

DƏRNƏK MÜDDƏTİNDƏ UŞAĞINIZ:
    1.    Qüvvələrin və hərəkətin necə işlədiyini anlayacaq - cisimlərin niyə düşdüyünü, sürətləndiyini, dayandığını və istiqamət dəyişdiyini öyrənəcək.
    2.    Enerjinin hərəkətə, istiliyə və işığa necə çevrildiyini anlayacaq və gündəlik həyatda fizika qanunlarını görməyi öyrənəcək.
    3.    Elektrik, maqnetizm və elektrik dövrələrini araşdıraraq cihazların və məişət texnikasının necə işlədiyini başa düşəcək.
    4.    Atomun quruluşu, temperatur, təzyiq və maddələrin daxili enerjisi ilə tanış olacaq, həmçinin fizikanın mikrohissəciklərdən kosmosa qədər dünyanı necə izah etdiyini öyrənəcək.

 

DƏRSLƏR NECƏ KEÇİR?
    1.    Tam kurs 14 dərsdən ibarətdir.
    2.    Dərslər həftədə bir dəfə, həftəsonu keçirilir.
    3.    Hər dərs 1 saat 30 dəqiqə davam edir.
    4.    Qruplar 12 uşağa qədər olur və dərslər ölkənin aparıcı universitetlərinin gənc alimləri tərəfindən aparılır.
    5.    Hər uşağın şəxsi iş yeri olur, bütün lazımi avadanlıq, cihazlar və iş materialları dərs zamanı təqdim olunur.
    6.    Dərnəyin ödənişi aylıq şəkildə edilə bilər.
    7.    İlk sınaq dərsində iştirak etmək mümkündür.

 

CƏDVƏL

Dərslər hər şənbə saat 16:30-da rus dilində keçirilir. 

TƏLİMÇİLƏR

Dərnəklərin müəllifləri və aparıcıları BDU, MDU və digər aparıcı universitetlərin gənc alimləridir. Onlar dərsləri metodistlər, pedaqoqlar və psixoloqlarla birlikdə hazırlayırlar ki, material uşaqlar üçün aydın və maraqlı olsun.

 

SCIENCELY DƏRNƏKLƏRİNİN XÜSUSİYYƏTLƏRİ
    1.    Təlimçilər aparıcı təbiət elmləri universitetlərinin gənc alimləridir.
    2.    Tədrisdə sübuta əsaslanan yanaşma, layihə və qrup işi, açıq müzakirələr və konspekt aparılması istifadə olunur.
    3.    Hər dərsdən sonra valideynlər üçün əlavə materiallar təqdim olunur ki, uşağın nə öyrəndiyini daha yaxşı başa düşsünlər. Mühit çox şeyi müəyyən edir. Uşaqlar nə qədər tez öyrənməyə həvəsləndirən mühitə düşsələr, onların inkişafı üçün bir o qədər yaxşıdır. Vaxt itirməyin. Uşağınızı fizika üzrə elmi dərnəyə yazdırın.

 

Qiymət: 170 AZN - 1 ay, 560 AZN endirimlə - 14 dərs. 50 AZN dəyərində sınaq dərsində iştirak etmək mümkündür. Əgər uşağa dərs xoşuna gəlsə, sınaq dərsi nəzərə alınaraq aylıq kursu ödəyə bilərsiniz.
Keçirilmə məkanlar: Imza Group (m. “Elmlər Akademiyası”)
Yaş: 11-14 yaş
Qeydiyyat üçün: 050 716-57-87 (WhatsApp)

Məlumat

Tarix: 21 fevral - 15 may, 16:30 - 18:00
Rayon: Yasamal rayonu
Metro: "Elmlər Akademiyası" m. st.
Yaş: 10+
Teqlər: dərnəyi

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR