Yoqa və sağlamlıq festivalı
FESTİVAL/FUAR 16 iyun, 6:00 - 22:00

Yoqa və sağlamlıq festivalı

Hər il bütün yoqasevərlər Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün, "YARAT"ın Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi nəhəng festivala toplaşır. Bu, ən qabaqcıl müəllimlərin, sağlamlıq və özünüdərk etmə mövzusuna biganə yanaşmayan hər kəsin yığışdığı sayca beşinci festivaldır. Builki tədbir, "Yoga Shahi" studiyasının təsisçisi Sabina Şahinin kuratorluğu ilə həyata keçirilir.

Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyidir.

Format: Şəhərsayağı piknik
Mövzu: "Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik"
Meyar: "Özün üçün xeyirli, digərləri üçün faydalı"

Proqramda: 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ənənələr və metodlar, ən aktual fiziki və mənəvi mövzulara dair leksiyalar, şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər, incəsənət, veqan yeməkləri və yoqa malları, etnik konsert və daha da çox xeyirli və maraqlı tədbirlər.

 

 

Məkan: Dənizkənarı Bulvar (YARAT Mərkəzinin yaxınlığındakı çəmənlik)

Vaxt: 16 iyun saat 6:00-dan 22:00-dək

Yaş məhdudiyyəti: 0+

Giriş sərbəstdir

Əlaqə telefonu: (050) 246-92-92

 

 

 

Məlumat

Tarix: 16 iyun, 6:00 - 22:00
Rayon: Bayıl rayonu
Yaş: 0+
Teqlər: sağlamlıq festivalı

Yarat


BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR