“Mendeleyev Cədvəli” elmi-interaktiv proqram
AİLƏ İSTİRAHƏTİ 02 noyabr - 03 noyabr, 10:00 - 18:00

“Mendeleyev Cədvəli” elmi-interaktiv proqram

2 və 3 noyabr "XXI əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Ağıllı Bakı” (“Ağıllı şəhərlər”) layihəsinin premyerası - “Mendeleyev Cədvəli” elmi-interaktiv proqram olacaqdır.

Uşaqları ətrafımızdakı dünyanın necə olduğunu anlamaq üçün real kimyəvi təcrübələr: laboratoriya qabı, reaktiv, maddələrin çevrilməsi və kəşflər gözləyirlər!

Qeyd edək ki, "Ağıllı Şəhərlər" layihəsi Moskvadandır və 2013-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetində bir qrup təbiətşünaslar tərəfindən yaradılıb. İndi layihə Rusiyanın 30-dan çox şəhərində və xaricdə uğurla həyata keçirilir. 2018-ci ildə "Ağıllı şəhərlər "i dünyanın 32 şəhərindən 120.000 ailə iştirak etdi.

Bütün layihə proqramları Moskva Dövlət Universitetinin gənc alim və elmin populyarlaşdırıcıları tərəfindən hazırlanır.

Hər bir proqram kimya, fizika, biologiya, tibb və digər elmlərin istənilən hissəsində qısa bilik kursudur. Proqramda 7 yaşdan 14 yaşa qədər uşaqlar iştirak edə bilər.

На изображении может находиться: 7 человек, люди улыбаются, ночь

Layihə proqramlarının əsas xüsusiyyətləri:

1. Orijinallıq. Proqramlarda heç vaxt bir uşaq "şou" dan digərinə on illər boyu gəzən "klassik" təcrübələrdən istifadə edilmir. İnkişaf şöbəsi daim yeni ideyaların ortaya çıxması və həyata keçirilməsi üzərində işləyir. "Ağıllı Bakı" proqramlarında uşaqların etdiklərini başqa bir yerdə görə biləyəcəyinizin ehtimalı azdır.

2. İnteraktivlik. Uşaq təcrübələri aparıcının necə etdiyini seyr etməklə yox, öz əlləri ilə etməlidirlər. Axı, uşaqlar təbiət elmlərini daha yaxşı eksperimentlər aparılan müddətində başa düşürlər. Uşaq insan orqanizminin quruluşu haqqında məlumatı anatomiya mövzusunda bir sıra mühazirələrdən çox müstəqil olaraq bir cərrahi əməliyyat keçirdikdən sonra (əlbəttə ki, bir maneken üzərində) əldə edə bilər.

3. Elmi. Proqramlarda hər şey həqiqətəndir - drosophila milçəyinin iştirakı ilə genetika mövzusunda aparılan təcrübələrdən tutmuş mürəkkəb efirlərin kimyəvi sintezinə qədər. Aparıcılar animator deyil, universitetlərin ixtisas fakültələrinin tələbə və məzunlarıdır.

4. Ev tapşırığı. Hər bir proqramdan uşaq təcrübələri rahat bir zamanda evdən davam etdirə bilmək üçün praktik ev tapşırıqlarını götürür.

5. Valideynlər üçün proqram. Uşaq hər şeyi Sizdən nümunə götürür. Buna görə, layihə həmişə valideynlər üçün ayrıca bir proqram hazırlayır, burada yeni biliklər əldə edə, düşünə və eyni zamanda yaxşı vaxt keçirə bilərsiniz.

На изображении может находиться: 2 человека, люди сидят и ребенок

Beləliklə, 2 saat ərzində uşağınız:

- Dörd kimyəvi laboratoriyada müstəqil olaraq öz əllərilə eksperimentlər aparacaq;

- Ekstraksiya, filtrasiya, üzvi və qeyri-üzvi sintez proseslərini həyata keçirəcək;

- Çox fərqli səkkiz elementin kimyəvi xüsusiyyətləri ilə tanış olacaq;

- Təcrübələrini evdə davam etdirmək üçün lazım olan hər şeyi özü ilə aparacaq.

Format:

İştirakçıları kolbalar və sınaq boruları, yanma və oksidləşmə, qazların ayrılması, çöküntülər, sublimə və distillə prosesləri, eləcə də xüsusi “ev tapşırığı” və, şübhəsiz ki, valideynlər üçün proqram gözləyir.

Proqramda 15 iştirakçıdan ibarət 4 komandaya bölünən ümumilikdə 60 uşaq iştirak edir. Hər komanda 4 fərqli laboratoriyada elmi sınaqlar keçirir. Proqram tamamilə interaktivdir, hər bir uşaq eksperimentləri müstəqil olaraq öz əlləri ilə aparır. 

İki yaş qrupu var: 7-9 və 10-14 yaş. Müzakirə olunan mövzular müxtəlif qruplarda eynidır.

Məkan: "XXI əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Vaxt: 2 noyabr saat 13:00, 16:00-da; 3 noyabr 10:00, 13:00, 16:00-da

Yaş məhdudiyyəti: 7-9  və 10-14 yaş

Dil: rus, azərbaycan

Qiymət: 49 AZN (1 uşaq + 2 böyük); iki uşaq üçün iki bilet almaq gərəkdir. 

Biletləri onlayn əldə etmək olar

Əlaqə telefonu: +994 50 716-57-87 

Ünvan: İnşaatçılar pr., 98

Məlumat

Tarix: 02 noyabr - 03 noyabr, 10:00 - 18:00
Rayon: Yasamal rayonu
Metro: "Elmlər Akademiyası" m. st.
Yaş:
Teqlər: “Mendeleyev Cədvəli” elmi-interaktiv proqram

Ağıllı Bakı


BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR