Sciencely Baku 9 yaşdan yuxarı uşaqları biologiya dərnəyinə dəvət edir. Dərslərdə siz sanki zaman maşınına minib 4 milyard illik təkamül yolunu qısa bir səyahətdə keçəcəksiniz. Təbiətin necə işlədiyini və insanın sadəcə “qadcetli meymun” olmadığını öyrənəcəyik. Dərslər həftədə bir dəfə keçirilir və onları elmi sadə və maraqlı şəkildə izah etməyi bacaran, həmçinin uşaqlarda elm sevgisi oyatmağı bilən ixtisaslı tələbə və məzunlar aparır.
1. Bakteriyaları “ələ alacaq”, xərçəngi və siyənəyi disseksiya edəcək, siçanların sosial davranışını öyrənəcək və DNT molekullarını çıxarıb onların necə işlədiyini anlayacaq.
2. Mikroskopla işləməyi və həqiqi avadanlıqlarda disseksiya aparmağı öyrənəcək – heç də biologiya fakültəsinin birinci kurs tələbəsindən geri qalmayacaq.
3. Tənqidi düşünməni məşq edəcək, məlumatları təhlil edəcək və hansı peşələrdə biologiyasız keçinməyin mümkünsüz olduğunu öyrənəcək.
4. Canlı aləmə tədqiqatçının gözü ilə baxmağa başlayacaq: suallar verəcək, hipotezləri yoxlayacaq və ən gözlənilməz şeylərdə qanunauyğunluqlar axtaracaq.
1. Tam kurs 24 dərsdən ibarətdir (2 modul, hər biri 12 dərs). Bu – 6 ay davam edir.
2. Dərslər həftədə bir dəfə, həftəsonları keçirilir.
3. Hər dərs 1 saat 30 dəqiqə davam edir.
4. Uşaqlar 14 nəfərə qədər qruplarda, ölkənin ən yaxşı universitetlərindən olan gənc alimlərin rəhbərliyi altında işləyirlər.
5. Hər bir uşağın şəxsi iş masası olur, bütün lazım olan avadanlıq, reaktivlər, nümunələr və iş dəftərləri dərslər zamanı təqdim olunur.
6. Ödəniş aylıq və ya birbaşa 3 və ya 6 ay üçün endirimlə edilə bilər.
7. İlk sınaq dərsində iştirak etmək mümkündür. Əgər bəyənilsə, növbəti dərslər və ya bütün kurs ödənilə bilər.
Dərslər hər şənbə saat 10:00-da İmza Group mərkəzində keçirilir.
Dərnəklərin müəllimləri – BDU, MDU və ölkənin digər aparıcı universitetlərindən olan gənc alimlərdir. Onlar metodistlərin, pedaqoqların və psixoloqların dəstəyi ilə dərsləri uşaqlar üçün anlaşıqlı və maraqlı edirlər.
1. Müəllimlər – ən yaxşı təbii elmlər universitetlərindən olan gənc alimlərdir.
2. Təhsildə sübuta əsaslanan yanaşma, layihə və qrup işi, açıq müzakirə sualları və konspektləşdirmə üsullarından istifadə olunur.
3. Valideynlər üçün hər dərsdən sonra əlavə materiallar təqdim olunur ki, bu da uşağın öyrənmə kontekstini anlamağa kömək edir.
Mühit çox şeyi müəyyənləşdirir. Uşaqlar nə qədər tez öyrənməyə həvəs oyadan mühitə düşsələr, inkişafları üçün bir o qədər yaxşı olar. Vaxt itirməyin – uşağınızı biologiya dərnəyinə yazdırın!
Qiymət: 170 AZN – 1 ay, 480 AZN (endirimlə) – 3 ay.
Ətraflı cədvəl üçün aşağıdakı WhatsApp nömrəsinə yazmağınızı xahiş edirik.
Keçirildiyi yerlər:
- Alas Academy, AF Business House, 3-cü mərtəbə (m/s “28 May”)
- İmza Group (m/s “Elmlər”)
- Dunya School (Ə. Naxçıvani, Baku Electronics yaxınlığında)
- ABC College (Əhmədli)
Dil: rus, ingilis
Yaş: 9–14 yaş
Qeydiyyat üçün: 050 716-57-87 (WhatsApp)