“Yeniyetmələr üçün Emosional İntellekt” kursu
UŞAQLAR ÜÇÜN KURSLAR 28 sentyabr - 14 dekabr, 12:00 - 14:30

“Yeniyetmələr üçün Emosional İntellekt” kursu

Uşağınızın öz emosiyalarını daha yaxşı anlamağını, fikirlərini inamla ifadə etməyini və ətrafdakı insanlarla harmonik münasibətlər qurmağını istəyirsiniz?

“Yeniyetmələr üçün Emosional İntellekt” kursu kömək edəcək:

- Öz emosiyalarını dərk etmək və idarə etmək

- Empatiya və ünsiyyət bacarığını inkişaf etdirmək

- Özünə inamı artırmaq

- Stress və münaqişələrlə mübarizə aparmaq

Kurs ərzində uşaqlar emosiyaları anlama, onları idarə etmə, empatiya, ünsiyyət, münaqişə hallarında düzgün yanaşma və həll yolları bacarıqlarını inkişaf etdirirlər.
 

Format: interaktiv məşğələlər - oyun elementləri, müzakirələr, tapşırıqlar və yaradıcı fəaliyyətlər. Tam kurs 2 moduldan ibarətdir, hər modul 12 dərsdən ibarətdir.

 

Dərnəyin rəhbəri - Valide Məmmədova, MDU-nun ümumi psixologiya kafedrasının məzunu, psixoloq.
 

Kursun proqramı “Emosional İntellekt” (I modul):

  1. Emosiyalar nədir və insan həyatındakı rolu. Test: IQ vs EQ

  2. Əsas emosiyalar: tanıma və təsvir etmə

  3. Emosiyaların fiziologiyası və siqnalları

  4. Emosional intellektin inkişafı: strategiyalar və praktika

  5. Emosional tətikləyicilər

  6. Empatiya və identifikasiya

  7. Emosiyalar vasitəsilə ünsiyyət

  8. Münaqişədə emosiyalar

  9. Emosiyalar və qərar qəbuletmə

  10. Motivasiya və emosiyalar

  11. Emosiyalar və liderlik

  12. Nəticə: gündəlik həyatda emosional intellekt

   

Başlama tarixi: 28 sentyabr, saat 12:00 (dərslər bazar günləri saat 12:00-da keçirilir)
Yaş: 11-16 yaş
Məkan: Alas Academy (AF Business House, 3-cü mərtəbə)

Qiymət: 170 AZN - 1 ay, 480 AZN (endirimli) - 3 ay. Sınaq dərsi mümkündür. İlk dərsdə iştirak edib sonra qərar verə bilərsiniz. Sınaq dərsinin qiyməti - 50 AZN.

Məlumat

Tarix: 28 sentyabr - 14 dekabr, 12:00 - 14:30
Rayon: Xətai rayonu
Metro: "28 may" m. st.
Yaş:
Teqlər: “Yeniyetmələr üçün Emosional İntellekt” kursu

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR