6–9 yaşlı uşaqlar yeni şeylər öyrənməyi çox sevirlər. Təəssüf ki, məktəbdə onları çox vaxt maraqsız yazı tapşırıqları və vurma cədvəli gözləyir. Sciencely Baku “Təbiət Elmləri” dərnəyini (arxeologiya, paleontologiya, tibb, kimya, fizika, astronomiya) uşaqların öyrənməyə motivasiyasını qorumaq üçün yaradıb. Uşaqlar üçün maraqlı mövzuların nümunəsində (maqnitlər və kompaslar, kimyəvi təcrübələr, işıq və rəng, kosmos və Yer kürəsinin quruluşu) göstəririk ki, təhsil heç də darıxdırıcı deyil və fizika, kimya və astronomiya ilə artıq kiçik yaşlardan məşğul olmaq olar. Bundan əlavə, biz əlaqələri tapmağı, müşahidə etməyi və düşünməyi öyrənirik — bunlar həm təhsildə, həm də həyatda vacibdir.
DƏRNƏK MÜDDƏTİNDƏ UŞAĞINIZ:
1. Yer kürəsinin mərkəzinə səyahət edəcək: materiklərin niyə hərəkət etdiyini, dağların və okeanların necə yarandığını öyrənəcək və kompas vasitəsilə ərazidə istiqamətlənməyi bacaracaq.
2. Kimyanın maraqlı dünyası ilə tanış olacaq: ətraf aləmin hansı maddələrdən ibarət olduğunu öyrənəcək, mineralları, piqmentləri və qarışıqları araşdıracaq və öz polimer materialını hazırlayacaq.
3. İşıq və rəngin fizika qanunlarını kəşf edəcək: səmanın niyə mavi olduğunu, göy qurşağının necə yarandığını, işığın əks olunması və sınması hadisələrini anlayacaq və ətraf mühitdə fiziki hadisələri müşahidə etməyi öyrənəcək.
4. Kosmik səyahətə çıxacaq: ulduz xəritəsi ilə işləməyi öyrənəcək, Yer, Ay və Günəşin hərəkətini anlayacaq, Ay səthinin modelini hazırlayacaq və tutulmaların, həmçinin fəsillərin dəyişməsinin necə baş verdiyini öyrənəcək.

DƏRSLƏR NECƏ KEÇİR?
1. Tam kurs 2 moduldan ibarətdir. Bir modul – 14 dərsdir.
2. Dərslər həftədə bir dəfə, həftəsonu keçirilir.
3. Hər dərs 1 saat 30 dəqiqə davam edir.
4. Qrupda maksimum 12 uşaq olur, hər uşağın şəxsi iş yeri mövcuddur.
5. Bütün lazımi avadanlıqlar, reaktivlər və nümunələr, həmçinin yazı ləvazimatları və iş dəftərləri dərs zamanı təqdim olunur.
6. Dərnəyin ödənişini aylıq və ya 3 ay üçün endirimlə etmək mümkündür.
7. İlk sınaq dərsində iştirak etmək mümkündür. Əgər uşağa xoş gəlsə, növbəti dərsləri və ya bütün kursu ödəyə bilərsiniz.

CƏDVƏL
- hər şənbə günü 16:00 (AF Business House)
- hər bazar günü 12:00 (AF Business House)
APARICILAR
Dərnəklərin yaradıcıları və aparıcıları BDU, MDU, SPbDU və digər aparıcı universitetlərin gənc alimləridir. Onlar dərsləri metodistlər, pedaqoqlar və psixoloqlarla birlikdə hazırlayırlar ki, hər mövzu uşaqlar üçün anlaşılan və maraqlı olsun.

SCIENCELY DƏRNƏKLƏRİNİN XÜSUSİYYƏTLƏRİ
1. Aparıcılar — ən yaxşı təbiət elmləri universitetlərindən olan gənc alimlərdir.
2. Təhsildə sübutlara əsaslanan yanaşma, layihə və qrup işi, müzakirə üçün açıq suallar və konspekt aparılması istifadə olunur.
3. Hər dərsdən sonra valideynlər üçün əlavə materiallar təqdim olunur ki, uşağın nə öyrəndiyini daha yaxşı başa düşsünlər. Mühit çox şeyi müəyyən edir. Uşaqlar nə qədər tez öyrənməyə həvəsləndirən mühitə düşsələr, inkişafları üçün bir o qədər yaxşıdır. Vaxt itirməyin. Uşağınızı “Təbiət elmləri” elmi dərnəyinə yazdırın.

Qiymət:
1 ay – 170 AZN
14 dərs – 560 AZN (endirimlə)
Sınaq dərsi – 50 AZN. Əgər uşağa xoş gəlsə, sınaq dərsi aylıq ödənişə daxil ediləcək.
Keçirilmə məkanları:
AF Business House, 2-ci mərtəbə (m. “28 May”)
Yaş: 6–9 yaş
Qeydiyyat üçün: 050 716 57 87 (WhatsApp)