İntensiv «Bioinjineriya»
UŞAQLAR ÜÇÜN KURSLAR 23 mart - 26 mart, 11:00 - 19:00

İntensiv «Bioinjineriya»

XXI əsrin ən perspektivli peşələrindən birinə həsr olunmuş dərslər silsiləsi. Yaxın gələcəkdə necə yaşayacağımızı və bunun üçün alimlərin nə etdiyini öyrənəcəksiniz.

 

4 DƏRS ƏRZİNDƏ ÖVLADINIZ:

1. DNT molekulunun quruluşunu və funksiyalarını öyrənəcək, gen mühəndisliyinin əsaslarını anlayacaq və genləri bakteriyalarda klonlamağı öyrənəcək.

2. Hüceyrələrin quruluşunu öyrənəcək, laboratoriyada kök hüceyrələrin necə əldə olunduğunu və bunun nə üçün lazım olduğunu anlayacaq. 

3. Süni orqanların yetişdirilməsi prinsiplərini mənimsəyərək çoxalma mexanizmlərini anlamağa çalışacaq.

4.Balığın necə işıq saçmasını və qoyunun necə klonlaşdırılmasını öyrənəcək.

 

DƏRS 1. BAKTERİYALARIN GEN MÜHƏNDİSLİYİ

Gen mühəndisliyinin əsaslarından başlayırıq: genlərin hüceyrələrdən ayrılması, onlarla manipulyasiya və digər orqanizmlərə daxil edilməsi.
Gen klonlanması prosesini modelləşdirəcəyik: bakteriyalar üçün yarımbərk və maye qida mühitləri hazırlayacaq və transformasiya olunmuş hüceyrələrin Petri qabına əkilməsini modelləşdirəcəyik.

 

DƏRS 2. İNSANIN KÖK HÜCEYRƏLƏRİ

Bakteriyalarla tanış olduqdan sonra insan hüceyrələri ilə işləyəcəyik. Onların quruluşu və laboratoriyada kultivasiya üsulları haqqında öyrənəcək, sonra praktikaya keçəcəyik. Steril şərait yaradacaq, insan fibroblastları olan krioprobirkanı “əridəcək” və onların çoxaldılması üzrə praktika edəcəyik. Həmçinin laboratoriyada induksiya olunmuş embrional kök hüceyrələrin əldə olunmasını layihələndirəcəyik.

 

DƏRS 3. SÜNİ ORQANLAR

Hüceyrələrlə iş mexanizmini anladıqdan sonra yeni səviyyəyə - orqanların yetişdirilməsinə keçirik.
Bunun üçün bio-parçalanan materiallardan yaradılmış orqan karkası - skaffold (bizim halda qulaq maketi) lazım olacaq. Əlavə olaraq, əzələ toxumasının kök hüceyrələrindən süni ətin əldə olunmasını modelləşdirəcəyik.

 

DƏRS 4. HEYVANLARIN KLONLAŞDIRILMASI

Transgen orqanizmlər haqqında danışacaq və işıq saçan balıqların və digər maraqlı dəyişikliklərin artıq heç kimi təəccübləndirmədiyini öyrənəcəyik. Həmçinin məməlilərin klonlaşdırılmasını araşdıracaq və qoyun Dollinin klonlaşdırılmasının ilkin mərhələlərini modelləşdirərək eyni heyvanların çoxalma sxemini quracağıq.

 

CƏDVƏL

23–26 mart

Müddət: 1,5 saat
Yaş: 5-16 
Biletin qiyməti - 170 manat
Biletlərin əldə olunması üçün əlaqə: +994 50 716-57-87 (WhatsApp)
Keçirilmə yeri:  Imza (Elmlər m.)

Məlumat

Tarix: 23 mart - 26 mart, 11:00 - 19:00
Metro: "Elmlər Akademiyası" m. st.
Yaş: 6+
Teqlər: İntensiv «Bioinjineriya»

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR