4KIDS.az komandası 9–13 və 14–16 yaşlı uşaqları Bakının ürəyində — qədim İçərişəhər ərazisində maraqlı səyahətə dəvət edir! Bu sadəcə gəzinti deyil, əsl macəra kvestidir — iştirakçılar komanda şəklində sirrləri açacaq, keçmişin izlərini deşifrə edəcək və gizli mesajları taparaq finala doğru irəliləyəcəklər.


İştirakçıları nə gözləyir:
• Şifrələnmiş ipucları və gizli kodlar
• Tarixi məkanlarla bağlı tapmacalar
• Ən məşhur məkanlar üzrə maraqlı marşrut
• Komanda işi, həyəcan və bol əyləncə
Marşruta daxildir: Qız qalası, Zəncirli ev, Məhəmməd məscidi, Şirvanşahlar Sarayı və İçərişəhər ərazisində yerləşən digər məşhur guşələr.
Bu kvest müxtəlif tapmacalar, gizli mesajların axtarışı, məntiqi tapşırıqlar və digər maraqlı fəaliyyətlərdən ibarətdir. Şifrələnmiş tapşırıqları həll etdikcə uşaqlar mərhələlərlə irəliləyəcək və sonda xəzinə sandığını tapıb açmaq şansı əldə edəcəklər!

Kvest başlamazdan əvvəl aparıcı tərəfindən qısa təlimat və oyunvari isinmə keçirilir. Bu hissə uşaqları birləşdirir, oyuna uyğunlaşdırır və onları gözləyən macəra haqqında ümumi təsəvvür yaradır.
Tarix və vaxt: hər həftəsonu saat 11:00 və 14:00. Öz qrupunuzla qoşulursunuzsa, həftənin gününü özünüz seçə bilərsiniz (minimum 15 uşaq).
Müddət: 1,5–2 saat
Yaş: 9–13, 14–16 yaş
Qiymət: 25 AZN. Eyni ailədən ikinci uşaq üçün 20% endirim — 20 AZN
Toplanış yeri: İçərişəhər
Dil: rus, azərbaycan dili
Əlaqə: 050 577 53 93 (WhatsApp)
Qiymətə daxildir:
• kvest tapşırıqları üçün materiallar (oyun müddətində iştirakçılara təqdim olunur);
• iştirakçıları oyun boyu müşayiət edən aparıcıların xidməti;
• kvest zamanı uşaqları gözləyən xatirəvi “xəzinə” hədiyyələri.