Uşağınızın öz emosiyalarını daha yaxşı anlamağını, fikirlərini inamla ifadə etməyini və ətrafdakı insanlarla harmonik münasibətlər qurmağını istəyirsiniz?
“Yeniyetmələr üçün Emosional İntellekt” kursu kömək edəcək:
- Öz emosiyalarını dərk etmək və idarə etmək
- Empatiya və ünsiyyət bacarığını inkişaf etdirmək
- Özünə inamı artırmaq
- Stress və münaqişələrlə mübarizə aparmaq
Kurs ərzində uşaqlar emosiyaları anlama, onları idarə etmə, empatiya, ünsiyyət, münaqişə hallarında düzgün yanaşma və həll yolları bacarıqlarını inkişaf etdirirlər.
Format: interaktiv məşğələlər - oyun elementləri, müzakirələr, tapşırıqlar və yaradıcı fəaliyyətlər. Tam kurs 2 moduldan ibarətdir, hər modul 12 dərsdən ibarətdir.
Dərnəyin rəhbəri - Valide Məmmədova, MDU-nun ümumi psixologiya kafedrasının məzunu, psixoloq.
Kurs proqramı “Emosional İntellekt” (I modul):
Emosiyalar nədir və insan həyatındakı rolu. Test: IQ vs EQ
Əsas emosiyalar: tanıma və təsvir etmə
Emosiyaların fiziologiyası və siqnalları
Emosional intellektin inkişafı: strategiyalar və praktika
Emosional tətikləyicilər
Empatiya və identifikasiya
Emosiyalar vasitəsilə ünsiyyət
Münaqişədə emosiyalar
Emosiyalar və qərar qəbuletmə
Motivasiya və emosiyalar
Emosiyalar və liderlik
Nəticə: gündəlik həyatda emosional intellekt
Başlama tarixi: 28 sentyabr, saat 12:00 (dərslər bazar günləri saat 12:00-da keçirilir)
Yaş: 11-16 yaş
Məkan: Alas Academy (AF Business House, 3-cü mərtəbə)
Qiymət: 170 AZN - 1 ay, 480 AZN (endirimli) - 3 ay. Sınaq dərsi mümkündür. İlk dərsdə iştirak edib sonra qərar verə bilərsiniz. Sınaq dərsinin qiyməti - 50 AZN.