Bakıda Bakı Marafonuna qeydiyyat başlayıb. Marafon 3 may tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək. Bu il tədbir doqquzuncu dəfə təşkil olunacaq və ilk dəfə tam marafon - 42 km məsafədə keçiriləcək.

Marafon saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürəcək, finiş isə Sea Breeze ərazisində olacaq. Yarış “Küləyə qalib gəl” şüarı altında keçiriləcək və paytaxtın mərkəzi və şərq bölgələrini əhatə edəcək.
.jpeg)
İştirakçılar 19 yanvardan 25 aprelinədək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat həm onlayn, həm də 28 Mall, Gənclik Mall və Deniz Mall ticarət mərkəzlərində yerləşən qeydiyyat məntəqələrində mümkündür. Tələbələr üçün iştirak pulsuzdur.

Bakı Marafonu 2016-cı ildən keçirilir və kütləvi idmanın inkişafına, sağlam həyat tərzinin təşviqinə yönəlib. Yarışın sonunda kişilər və qadınlar arasında qaliblər müəyyən ediləcək və onlar pul mükafatları, medallar və xatirə hədiyyələri ilə təltif olunacaqlar.