Azərbaycan Milli İncəsənət Muzeyində «Altmışıncılar nəsli: konformizmdən kənar Azərbaycan incəsənəti» adlı yeni daimi ekspozisiya fəaliyyətə başlayıb. Muzey tərəfindən bp şirkətinin dəstəyi ilə həyata keçirilən layihə XX əsrin ikinci yarısında Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış nonkonformist bədii cərəyanın aparıcı nümayəndələrinə həsr olunub.

Ekspozisiyada Cavad Mirdcavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev və Fazil Nəcəfovun əsərləri təqdim olunur. Onların yaradıcılığı müasir muzey standartlarına uyğun şəkildə sistemləşdirilmiş formatda nümayiş etdirilir.

Ayrı-ayrı bölmələr mifoloji və simvolik motivlərə, Abşeronun sənaye mənzərələrinə, folklor obrazlarına və heykəltəraşlıq nümunələrinə həsr edilib. Ekspozisiyaya, həmçinin Azərbaycan incəsənətində nəsillərarası əlaqəni vurğulayan müasir rəssam Orxan Hüseynovun video işi də daxil edilib.

Yeni daimi ekspozisiya nonkonformist rəssamların bədii irsinin qorunmasına və onun geniş auditoriyaya təqdim olunmasına xidmət edir.
Ziyarət saatları:
Bazar ertəsi – bağlıdır
Çərşənbə axşamı – 10:00–18:00
Çərşənbə – 12:00–21:00
Cümə axşamı – 10:00–18:00
Cümə – 10:00–18:00
Şənbə – 11:00–19:00
Bazar – 11:00–19:00
Əlaqə: +994 12 492 07 07
Ziyarətdən öncə əlaqə saxlamaq tövsiyə olunur.