Azərbaycanda işçilər artan sayda ödənişli ata məzuniyyətindən istifadə edir
Xəbərlər 04.03.2026

Azərbaycanda işçilər artan sayda ödənişli ata məzuniyyətindən istifadə edir

Azərbaycanda ödənişli “atalıq məzuniyyəti” alan işçilərin sayı artır.

Hazırda 81 işəgötürən təxminən 100 əməkdaşa uşağın doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli məzuniyyət təqdim edib.

Qeyd olunur ki, bu məzuniyyət həm uşağın doğulmasından əvvəlki dövrü, həm də doğulduqdan sonrakı vaxtı əhatə edə bilər.

Belə məzuniyyətin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” (ƏMAS) altsistemi vasitəsilə elektron qaydada rəsmiləşdirilir. Bunun üçün cari ilin yanvar ayında ƏMAS sisteminə yeni funksional əlavə olunub.


Teqlər: Azərbaycanda işçilər ödənişli məzuniyyətindən istifadə #Azərbaycan #xəbərlər #ata_məzuniyyəti #ailə #iş #valideynlər #ƏMAS

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR