Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək
Xəbərlər 06.03.2026

Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək

1–3 may 2026-cı il tarixlərində Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək. Festivalın məqsədi Azərbaycan xalçaçılığını beynəlxalq səviyyədə təqdim etmək, bu sənətin zəngin ənənələrini nümayiş etdirmək və müxtəlif ölkələrdən olan ustalar və mütəxəssislərlə birlikdə sahənin inkişaf perspektivlərini müzakirə etməkdir.

Festival “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin iştirakı ilə, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə təşkil olunur.

Açılış mərasimi 1 may tarixində Bakı Biznes Mərkəzində keçiriləcək. Burada “Xalça sənayesi: dəyərlər, dizayn və rəqabətqabiliyyətlilik” mövzusunda Beynəlxalq Xalça Forumu baş tutacaq. Forumda sahə üzrə ekspertlər, dizaynerlər, istehsalçılar və tədqiqatçılar iştirak edəcəklər.

2–3 may tarixlərində tədbirlər İçərişəhərdə davam edəcək. Tarixi şəhərin küçələrində xalça sərgiləri, ustad dərsləri, musiqi proqramları keçiriləcək, həmçinin Qoşa Qala meydanında müxtəlif ölkələrin milli pavilyonları təqdim olunacaq. Bundan əlavə, İçərişəhərdə yerləşən qalereyalarda tanınmış yerli və xarici rəssamların əsərləri nümayiş etdiriləcək.

Festival Azərbaycan xalçaçıların peşə bayramı olan “Xalçaçı günü”nə həsr olunur və bu il “Azərxalça” ASC-nin 10 illik yubileyi ilə də üst-üstə düşür. Proqram çərçivəsində sərgilər, konsertlər, ustad dərsləri və uşaqlar üçün maarifləndirici fəaliyyətlər təşkil olunacaq.


Teqlər: Bakıda Beynəlxalq Festivalı keçiriləcək #Bakı #Azərbaycan #festival #xalçalar #mədəniyyət #İçərişəhər #Bakı_tədbirləri

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR