“Eurovision-2026” üçün JIVA-nın mahnısı və klipi təqdim olunub
Xəbərlər 10.03.2026

“Eurovision-2026” üçün JIVA-nın mahnısı və klipi təqdim olunub

Azərbaycanı Eurovision Mahnı Müsabiqəsi-2026-da təmsil edəcək JIVA (Cəmilə Haşımova) ifasında Just Go mahnısı və onun rəsmi videoklipi təqdim olunub.

Just Go sevgi, məyusluq və daxili gücdən bəhs edən emosional balladadır. Mahnı münasibətlərdə yaşanan çətin ayrılıqdan sonra insanın özündə yeni həyata başlamaq gücü tapmasından danışır.

Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı-amerikalı bəstəkar və prodüser Füad Cavadov, klipin rejissoru isə *Fərhad Əli*dir.

Qeyd edək ki, JIVA Azərbaycanı 70-ci *Eurovision Mahnı Müsabiqəsi*ndə təmsil edəcək. Müsabiqə Vyana şəhərində keçiriləcək. Birinci yarımfinal mayın 12-də, ikinci yarımfinal mayın 14-də, böyük final isə mayın 16-da baş tutacaq.


Teqlər: “Eurovision-2026” üçün JIVA-nın mahnısı təqdim Eurovision Eurovision-2026 JIVA Cəmilə Haşımova Just Go Azərbaycanın Eurovision təmsilçisi musiqi klip premyerası

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR