Noyabrın 25-də Bakının Səbail və Yasamal rayonlarının bəzi ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, buna səbəb magistral su kəmərinin yenilənmiş hissələrinin şəbəkəyə qoşulmasıdır.
İşlər gün ərzində davam edəcək. Su təchizatının noyabrın 26-da səhər saatlarında bərpa olunması nəzərdə tutulur.
Sakinlərə əvvəlcədən kifayət qədər su ehtiyatı toplamaları tövsiyə olunur.