Bakı autizmə dəstək üçün mavi rəngə büründü
Xəbərlər 02.04.2026

Bakı autizmə dəstək üçün mavi rəngə büründü

2 aprel dünyada Autizm haqqında Maarifləndirmə Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi autizm barədə cəmiyyətdə məlumatlılığı artırmaq və bu vəziyyətdə olan insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına diqqət çəkməkdir.

Ənənəyə görə, bu tarixdə bir çox ölkələrdə binalar və məşhur memarlıq abidələri autizmli insanlara dəstəyin rəmzi sayılan mavi rənglə işıqlandırılır.

Bakı da bu təşəbbüsə qoşulub. Saat 20:00-da paytaxtın bir sıra tanınmış məkanları, o cümlədən SOCAR Tower, Qız qalası və Dəniz Mall mavi rənglə işıqlandırılaraq həmrəylik nümayiş etdirib.

 


Teqlər: autizmə dəstək üçün rəngə büründü autizm Bakı Autizm Günü sosial təşəbbüslər inklüzivlik dəstək şəhər tədbirləri

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR