Misirin Benha Universitetinin Filologiya fakültəsinin Xarici dillər mərkəzində Azərbaycan dili kurslarına start verilib.

Proqram Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi və Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

İlkin mərhələdə kursa 20 nəfər qoşulub, eyni zamanda qeydiyyat davam edir.
Dinləyicilər arasında müxtəlif fakültələrin tələbələri ilə yanaşı, müəllimlər və tədqiqatçılar da var. İştirakçılar Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinə böyük maraq göstərirlər. Onların bir qismi gələcəkdə Azərbaycanda təhsil almağı və təqaüd proqramlarına müraciət etməyi planlaşdırır.