Azərbaycanda ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların birinci siniflərinə qəbul elektron formatda həyata keçiriləcək.
Müraciətlərin qəbulu elektron hökumət sisteminə inteqrasiya olunmuş dövlət informasiya sistemi vasitəsilə aparılacaq. Gözlənilir ki, Elm və Təhsil Nazirliyi bu xidmətin sistemə inteqrasiyasını 1 may 2026-cı il tarixinədək tamamlayacaq.
Bundan əlavə, xidmət mygov platforması üzərindən də əlçatan olacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirilən işlərin 10 iyun tarixinədək yekunlaşdırılması planlaşdırılır.