Bakıda 17–22 may tarixlərində keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar təhsil prosesində dəyişikliklər tətbiq olunacaq.
Müvafiq əmri elm və təhsil naziri Emin Əmrullayev imzalayıb.
Sənədə əsasən, məktəbəqədər hazırlıq qrupları və ibtidai siniflər üçün 18–22 may tarixlərində tətil elan olunur (1–5 may tarixləri əvəzinə).
Bundan əlavə, Bakı şəhərinin əksər rayonlarında V–XI sinif şagirdləri həmin tarixlərdə distant təhsil formasına keçəcəklər. Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna təşkil edir.
Eyni zamanda, Bakıda yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələri də 18–22 may tarixlərində distant təhsil rejimində fəaliyyət göstərəcək.