Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakıda bəzi məktəblərdə tədris formatının dəyişdiriləcəyini açıqlayıb.
Yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində dərslər onlayn formatda təşkil olunacaq.
Bu barədə məktəb rəhbərliyi və valideynlərə əvvəlcədən məlumat veriləcək.
Azərbaycan Qran-Prisi sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək.