Sentyabr davam edir və qarşıda ailə ilə birlikdə maraqlı vaxt keçirmək üçün daha bir həftəsonu var. 12–13 sentyabr üçün seçimlərimizdə musiqi master-klassı, yaradıcılıq tədbiri, Bakı milyonçularının evlərinə ekskursiya, Mərakeş mədəniyyəti festivalı, uşaqlar üçün məşğələlər və ailəvi viktorina yer alır.
Sciencely Baku-da uşaqlar üçün elmi dərnəklərə qeydiyyat davam edir. Ətraflı məlumat üçün “Afişa” bölməsinə keçid edə bilərsiniz.
Handpan ifası üzrə musiqi master-klassı
İştirakçılar handpan aləti ilə tanış olacaq, onun əsas ifa texnikalarını öyrənəcək və alətin unikal səs imkanlarını kəşf edəcəklər. Əvvəlcədən musiqi təcrübəsinin olması tələb olunmur.

Tarix: 12 sentyabr
Saat: 15:00
Yaş: məhdudiyyət yoxdur
Qiymət: 20 AZN
Dil: çoxdilli
Məkan: Musicville Academy
Əlaqə: +994 55 588 85 33
Art4Peace: yaradıcılıq və özünüifadə
İştirakçılar öz fikirlərini rənglər, simvollar, foto və müxtəlif sənət formaları vasitəsilə ifadə edəcək, fərdi əsərlər hazırlayacaq və yaratdıqları bilərzikləri digər iştirakçılarla paylaşacaqlar. Gün ərzində hazırlanan əsərlər və onların hekayələri Art4Peace Digital Artbook-da bir araya gətiriləcək.
Xüsusi rəsm və ya sənət bacarığı tələb olunmur.

Tarix: 12 sentyabr
Saat: 12:00–16:00
Yaş: məhdudiyyət yoxdur
Qiymət: pulsuz
Dil: çoxdilli
Məkan: Sumqayıt Gənclər Evi
Əlaqə: +994 55 823 72 90
Bakı milyonçularının evlərinə ekskursiya
Ekskursiya iştirakçıları XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid neft milyonçularının tarixi evləri, muzeylər və Bakının koloritli həyətləri ilə tanış edəcək.

Tarix: 12 sentyabr
Saat: 11:50–15:20
Yaş: 12+
Qiymət: 25 AZN
Dil: rus
Məkan: Bakı
Əlaqə: +994 70 504 10 90
İçərişəhərdə «Mərakeş günləri»
Şərq ab-havası, milli yeməklər, əl işləri, canlı musiqi və stolüstü oyunlar — Bakının mərkəzində Mərakeş atmosferini hiss etmək üçün bir neçə gün.

Tarix: 11–13 sentyabr
Saat: 12:00–22:00
Yaş: 0+
Qiymət: pulsuz
Dil: çoxdilli
Məkan: İçərişəhər, Xanlar bağı
Əlaqə: +994 12 492-11-75
Cookie master-klassı
Uşaqlar master-klass zamanı öz peçenyelərini hazırlayıb bəzəyəcək, yaradıcılıqlarını nümayiş etdirərək maraqlı və dadlı vaxt keçirəcəklər.

Tarix: 12–13 sentyabr
Saat: 14:00
Yaş: 4–10 yaş
Qiymət: 15 AZN
Dil: çoxdilli
Məkan: Ninja Kids Club & Coffee
Əlaqə: +994 51 225 38 88
«Evrika» ailəvi kvizi
Müxtəlif mövzularda suallar, sağlam rəqabət və bütün ailə ilə biliklərinizi sınamaq imkanı. Komandanızı toplayın və öz erudisiyanızı yoxlayın.

Tarix: 12 sentyabr
Saat: 17:00
Yaş: rus
Qiymət: 15 AZN
Dil: rus
Məkan: Cafe Obraz, Nizami küçəsi 112
Əlaqə: +994 51 347 16 98
Uşaqlar üçün yoqa
Uşaqlar üçün keçirilən yoqa məşğələləri sadə hərəkətlər və yoqa pozaları vasitəsilə elastikliyi, diqqəti və konsentrasiyanı inkişaf etdirməyə kömək edir.

Tarix: 12 sentyabr – 31 oktyabr
Saat: 12:00–13:00
Yaş: 5+
Qiymət: 18 AZN-dən başlayaraq
Dil: çoxdilli
Məkan: Yoga Academy Baku, Old Town Plaza, 5-ci mərtəbə, ofis 504
Əlaqə: +994 55 446 48 02
AFİŞA bölməsində.
Tədbirlərə getməzdən əvvəl təşkilatçılarla əvvəlcədən əlaqə saxlamanız tövsiyə olunur.