Bakıda yollardan birində hərəkət məhdudlaşdırılıb: alternativ yolda tıxac yaranıb
Xəbərlər 10.09.2026

Bakıda yollardan birində hərəkət məhdudlaşdırılıb: alternativ yolda tıxac yaranıb

Bakının Suraxanı rayonunda, Əlzar Yusubov küçəsində, “Qərib Ağa” məscidinin yaxınlığında aparılan təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunub.

Məhdudiyyət səbəbindən sürücülər Zığ şosesi istiqamətində Qovsan şosesindən istifadə edirlər. Nəticədə alternativ yolda nəqliyyat sıxlığı yaranıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, bəzi sürücülərin əks istiqamətdə hərəkət etməsi də vəziyyəti çətinləşdirir.

Hazırda yol polisi əməkdaşları yaranmış problemin aradan qaldırılması və hərəkətin tənzimlənməsi üçün tədbirlər görür. 

 


Teqlər: Bakıda yollardan birində hərəkət məhdudlaşdırılıb: alternativ yaranıb Bakı yollar nəqliyyat tıxac yol təmiri Suraxanı rayonu

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR