Azərbaycanda bakalavr təhsilinin müddətinin dəyişdirilməsi ilə bağlı müzakirələr başlaya bilər.
Təklif Milli Məclisin Elm və təhsil komitəsinin iclasında səsləndirilib. Deputat Fariz İsmayılzadə bildirib ki, bəzi ölkələrdə üçillik bakalavr proqramları tətbiq olunur və bu model ali təhsili əmək bazarının tələblərinə daha çevik şəkildə uyğunlaşdırmağa imkan verir.
Deputatın sözlərinə görə, Azərbaycanda da ali təhsil haqqında qanunvericiliyin yenidən nəzərdən keçirilməsi və yeni təhsil standartlarının tətbiqi məsələsinə baxmaq olar.
O, bu mövzu ilə bağlı ictimai dinləmələrin keçirilməsini də təklif edib. Hazırda söhbət yalnız təklifdən gedir və bakalavr təhsilinin müddətinin dəyişdirilməsi ilə bağlı yekun qərar qəbul edilməyib.