Azərbaycanda dərsliklərlə bağlı problemlərin səbəblərindən biri təhsil standartlarının əmək bazarında baş verən dəyişiklikləri hər zaman vaxtında əks etdirə bilməməsidir.
Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin 2026-cı il payız sessiyası çərçivəsində keçirilən iclasında deputat, komitə üzvü Bəxtiyar Əliyev danışıb.
Onun sözlərinə görə, yeni təhsil proqramlarında yeni tələblər nəzərdə tutulsa da, peşə standartları daim dəyişir. Yeni peşələrin yaranması isə təhsil standartlarının da vaxtında yenilənməsini tələb edir.
Deputat qeyd edib ki, yeni standartların hazırlanmasının gecikməsi dərsliklərin hazırlanmasına da təsir göstərir. Nəticədə tədris materialları müasir tələblərə və əmək bazarında baş verən dəyişikliklərə hər zaman uyğun gəlmir.
Dərsliklərlə bağlı məsələlər daha əvvəl də Milli Məclisdə dəfələrlə müzakirə olunub və bununla bağlı hazırlanmış təklif və rəylər Elm və Təhsil Nazirliyinə təqdim edilib.