Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Bakı Dəniz Vağzalına qədər olan hissəsində giriş və çıxış məhdudlaşdırılacaq.
Eyni zamanda, Ağ Şəhər bulvarında, Azneft meydanından Bayıl bulvarına qədər olan ərazidə, eləcə də Bayıl bulvarında giriş və çıxış sərbəst olacaq.
Məhdudiyyətlər Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən tədbirlərlə əlaqədardır.