Baxış 01.06.2018

"İSTAK" liseyində elmi-bilikli düşərgə

Tətil günlərində təşkil olunan və 3 saat davam edən, minimum 4 günlük dərs proqramıdır. Proqram kurrikulum tərəfinnən təyin edilmiş xüsusi dərs proqramı olmaqla, robotexnologiya, elektro oyun dizaynı və proqramlaşdırılması və  ya mühəndisliyi tədris edir. Camp proqramlarında uşaqlar fasilə zamanı çay və şirniyyatla təmin olunur. Mövsümə uyğun olaraq dərslərdən sonra uşaqlar ekskursiyalara gedir, bu zaman uşaqların nahar fasiləsi də STEM tərəfindən təşkil olunur.

 

Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEM təhsili praktik məşqələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını tələbələrə göstərir. Elm, Texnologiya, Mühəndislik və Riyaziyyatın birgə tədrisi çox vacibdir, çünki bu sahələr real həyatda bir-biri ilə dərindən bağlıdılar. Bu yanaşma tələbələrə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır.  STEM fənləri tələbələrə hansı peşə seçmələrindən asılı olmayaraq, onları həyata hazırlayır. 


Teqlər: liseyində elmi-bilikli düşərgə

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR