BAXIŞ:
Baxış 09.10.2018

BAXIŞ: "MEGA STAR" UŞAQ BAĞÇASI

Bağça seçimində valideynlər çox vaxt özəl məktəbəqədər təhsil ocaqlarına üstünlük verirlər. Çünki orada kiçik qrup, fərdi yanaşma, ev yeməyi, rahat iş qrafiki olur.

 

Bu gün biz "Mega Star" uşaq bağçasını ətraflı baxışdan keçirəcəyik. Orada olan iş prossesindən, təlim proqramlarından, interyerdən və şəraitdən geniş danışacıyıq.

 

 

Məktəbəqədər təhsil müəssisəsi 1 yaşdan 6 yaşadək uşaqlar üçün tədris xidmətləri təklif edir. Bu təhsil ocaqları Rusiyanın "7 cırtdan" və "Lomonosov məktəbi" kimi tədris proqramları əsasında işlənib hazırlanıb. Hər iki proqram uşağın yaşını nəzərə alaraq sistematik məşğələlər əsasında keçirilir. Proqrama əsasən uşaqlarda özünə inam hissi artır, qeyri-standart təfəkkür, təxəyyül və məntiqini inkişaf etdir - "Mən hər şeyi bacararam".

 

 

 

Bağçada rus və azərbaycan bölmələrinin 4 yaş qrupu fəaliyyət göstərir. 1 yaşından 3 yaşına qədər olan uşaqlar (todlerlər) üçün sadalanan programlardan əlavə musiqi və ingilis dili dərsləri keçirilir. Uşaqlar oyun formatında təhsil alır: materiallar şeir və oyunlar vasitəsilə tədris olunur.

 

 

 

 

3-4 yaşlı uşaqlar rəqs və gimnastika dərslərində iştirak edir, ətraf aləmlə tanış olur, məntiqlə bağlı məsələlər həll edirlər. Bir il sonra isə əlifbanı, yazmağı və hesablamalar etməyə başlayırlar. 4-cü ildən başlayaraq uşaqlara şahmat öyrədilir. "Mega Star" hər ay valideyn üçün açıq dərslər keçirir.

 

 

 

 

 

Hər gün uşaqlar bağçanın oyun meydançasına gəzintiyə çıxırlar, uşaqların əylənməsi üçün sahə daxilində yellənçəklər və sürüşkənlər var. Dərsdənkənar mətbəx və yaradacılıq master-klass, şəhər üzrə ekskursiya kimi fəaliyyətlər keçirir.

 

 

 

    

 

Həmçinin "Mega Star"bağçası, “Payız Bayramı”, “Yeni İl”, “Novruz bayram”, “Uşaqların Beynəlxalq müdafiəsi günü” əvvəlcədən  musiqili və əyləncəli bayram proqramları hazırlanır. Ad günündə uşaqları sevimli çizgi filmlərin üslubunda proqramın tərtib olunması, zalın bəzədilməsi və fantastik qəhrəmanla animasiya şousu gözləyir.

 

 

 

 

Bağçada qidalanma gün ərzində 5 dəfə nəzərdə tutulub: səhər yeməyi, meyvə saatı, nahar və şirniyyat saatı, şam yeməyi. Həmçinin, uşaqlara təzə çekilmiş meyvə şirələri verilir. Bağçada gündəlik tibbi nəzarət və pediatr müayinəsi həyata keçirilir.

 

 

Onlayn müşahidə kameraları vasitəsilə valideynlər uşaqların bağçadakı fəaliyyətini izləyə bilərlər. Qeyd edək ki, 24 saat mühafizə xidməti var.

 

"Mega Star" 1-ci və 4-cü sinif şagirdləri üçün uzadılmış günlər təklif edir. Azərbaycan və rus dili bölməsinin şagirdləri üçün ev tapşırıqlarının yerinə yetirilməsində köməklik göstərilir. Əlavə olaraq uşaqlarla ingilis dili və məntiq dərsləri keçirilir. Proqram çərçivəsində gün ərzində 3 dəfə qidalanma, həmçinin teatra, muzeylərə və parklara gəzinti təşkil olunur.

 

 

Məktəbəqədər müəsissənin seçməzdən əvvəl valideynlər ilk öncə uşaqlarla birlikdə onu ziyarət edib onun şəraitini, müəllimlərin iş prosesini, onların uşaqlara rəftarını qiymətləndirməli və uşaqların davranışları ilə tanış olmalıdırlar. Bağçanı xüsüsi günlərdə (Qonaq günləri) ziyarət etmək olar. Bundan ötəri aşağıda qeyd olunan nömrə ilə öncədən əlaqə saxlamaq lazımdır.

 

 

İş qrafiki: bazar ertəsi-cümə günləri saat 08:00-18:00,

Ünvan: Yasamal rayonu, M.G.Şəhriyar küç., 6A (“Mega City” Ticarət mərkəzin yaxınlıxında)

Əlaqə nömrəsi: (012) 555-15-20


Teqlər: BAXIŞ: BAĞÇASI

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR