Bu ilin sentyabr ayından fəaliyyətə başlayan "Bakı Beynəlxalq Təhsil Kompleksi" (BBTK) özəl məktəbini ziyarət etdik. Direktoru Fidan xanım Xanlarova ilə söhbət edərək, tədris prosesini izlədik. Məktəbdə sinif həyatının necə təşkil edildiyi barədə sizə də danışmaq istəyirik.
Hazırda tədris kompleksində uşaq bağçası, hazırlıq bölməsi və orta məktəbin ibtidai siniflərləri ingilis və rus dillərində fəaliyyət göstərir.
Məktəbin binası 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə yemək otağı, idman zalı, tibbi kabinet, direktorun kabineti və ingilis dili bölməsinin məktəbəqədər hazırlıq sinfi yerləşir. İkinci mərtəbədə rus bölməsi üçün nəzərdə tutulan siniflər, Art studiya və akt zalı yerləşir. Üçüncü mərtəbədə isə ingilis bölməsinin sinifləri, miniteatr üçün meydança və kitabxana yerləşir.
İndi isə məktəbin bölmələri ilə ayrılıqda tanış olaq.
Rus dilində tədris milli kurikulum proqramını və bilinqval (ikidilli) təhsili nəzərdə tutur. İngilis dilindən əlavə olaraq, uşaqlar fransız dilini də öyrənirlər. İngilis dili Oxford University Press nəşriyyatının dərslikləri əsasında keçirilir.
Məktəbə daxil olan uşaq, müsahibədən, psixoloji testdən və ingilis dilinin səviyyəsini müəyyənləşdirən testdən keçir.
İngilis dilində təhsil beynəlxalq sertifikatlı müəllimlər tərəfindən verilir. Hər sinifdə köməkçi müəllim müşaiyət edir.
İngilis bölməsinə qəbul üçün, bir uşağın ingilis dilində ibtidai səviyyədə danışması məsləhətdir. Sinif 15 uşaqdan ibarətdir.
BBTK siyasətinə əsasən uşaq məktəbə planşetlə gəlir və tədris prosesində onu istifadə edir.
Hər iki bölmənin şagirdləri həftədə 5 dəfə 8:00-dan 16:00-dək məktəbdə olurlar. Bu vaxta dərslər, ev tapşırıqların yerinə yetirilməsi və açıq havada gəzinti daxildir. Saat 16:00-dan 18:00-dək əlavə dərnəklər üçün vaxt ayrılır: ART-klub, ingilis dilinin danışıq klubu, teatr studiyası, rəqs, gimnastika və digər klublar. Əlavə ödəniş şərti ilə futbol, basketbol dərnəkləri, kapoeyra, mühəndislik və robototexnika dərsləri keçirilir.
Məktəblilərin cədvəlinə səhər və günorta vaxtlarında olan fasilələr də daxildir. Bu vaxt uşaqlar səhər yeməyi yeyir və ya nahar edirlər, və həmçinin gəzintiyə çıxırlar.
Bir çox özəl məktəblər ilə müqayisədə, burda yemək gündə 4 dəfə təklif olunur: səhər yeməyi, nahar, günortadan sonra qəlyanaltı və axşam yeməyi (16:00 sonra məktəbdə qalan uşaqlar üçün).
Valideynlərlə ünsiyyət üçün məktəb ClassDojo-un mobil proqramından istifadə edir. Bu proqram sayəsində, analar və atalar məktəb günü boyunca müəllimdən şagird haqqında video/foto və digər məlumat alırlar.
Valideyn yığıncaqları hər ay keçirilir.
Qeyd edildiyi kimi, BBTK-də 2 yaşdan yuxarı olan uşaqlar üçün bilingval (ikilidil) "Göyərçin" uşaq bağçası və 5 yaşdan yuxarı olan uşaqlar üçün məktəbəqədər hazırlıq qrupları fəaliyyət göstərir. Rus dilində təhsil alan uşaqlar həftədə 5 gün 8:00-dan 18:00-a qədər təhsil mərkəzində olurlar. Beş günlük dərs proqramına riyaziyyat, qrammatika, azərbaycan, ingilis və fransız dilləri, məntiq, ritorika, rəqslər, şahmat, bədii gimnastika və teatr studiyası daxildir. Gündə 4 dəfə yemək verilir.
İngilis bölməsinin məktəbəqədər hazırlıq qrupunda məktəb günü 8:00-dan 15:30-a qədər davam edir. Uşaqlar ingilis dilli mühitdə riyaziyyatı və digər fənləri öyrənirlər. Cədvələ azərbaycan dili və Fransız dili dərsləri də daxildir. İngilis bölməsinin məktəbəqədər proqramın xüsusiyyəti - "Learning through play" və "Free play" əsasında dərslərin keçirilməsindən ibarətdir. Bundan başqa məktəbəqədər hazırlıqda İngiltərədə bir çox məktəblər tərəfindən qəbul olunan RWI proqramı şagirdlərin ingilis dilində oxu və yazı qabiliyyətlərini inkişaf etdirmək üçün istifadə olunur.
Burada uşaqlar gündə 3 dəfə qidalanırlar.
Hər ay məktəb müəllimlər üçün psixoloji təlimlər təşkil edir, uşaqlarla işləyərkən ortaya gələn hallar haqqında danışılır.
BBTK Common Sense Education
qeyri-kommersiya təşkilatının tərəfdaşıdır. Buna görə məktəb ibtidai təhsil üzrə yüksək keyfiyyətli tədris dərslikləri, dərslərin hazır planları, videoçarxları, veb-seminarları ilə təchiz olunur.
BBTK rəhbərliyi şagirdlərin ictimai həyatına böyük diqqət yetirir. Hər ay uşaqlar üçün ekskursiyalar və əyləncə proqramları təşkil olunur.
Məktəb təqvimində dövlət bayramları ilə yanaşı beynəlxalq bayramlar da qeyd olunur. Uşaqlar elm və təhsilə həsr edilmiş tədbirlərdə iştirak edirlər: Oxu həftəsi, məktəbin Yüzüncü günü, Yer kürəsi günü, Yeni il, Novruz bayramı və başqa tarixi günlər.
Əlaqələr: +994 50 423-49-10;
Ünvan: Mətbuat prospekti, 54 (Elmlər Akademiyası m. st.)