Ən iri layihələrdən biri Bakı xanları iqamətgahının və oradakı parkın bərpasıdır.
Bunu jurnalistlərə açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun rəisi Əsgər Ələkbərov deyib.
İdarə rəisi bildirib ki, 2016-cı ildə burada aparılmış arxeoloji qazıntılar zamanı aşkar olunmuş hamamın bərpası da ilin sonuna kimi başa çatacaq. Eyni zamanda Bakı xanlarının iqamətgahında yeni muzeyin açılışı nəzərdə tutulub.