Bakının ürəyi – İçərişəhərdə uşaqlar üçün kvestlər başladı!
Yeni məkan 11.06.2025

Bakının ürəyi – İçərişəhərdə uşaqlar üçün kvestlər başladı!

4KIDS.az komandası 9-13 və 14-16 yaşlı uşaqları Bakının ən qədim və sirli guşəsinə - İçərişəhərə möhtəşəm səyahətə dəvət edir! Bu sadəcə bir gəzinti deyil, əsl macəra dolu kvestdir – komandalar sirrləri açacaq, keçmişin izlərini oxuyacaq və gizlədilmiş ismarıcları taparaq finala çatacaq. 

Uşaqları nələr gözləyir:

- Şifrələnmiş ipucları və gizli kodlar

- Tarixi məkanlarla bağlı tapmacalar

- Əyləncəli marşrut üzrə məşhur məkanlara səyahət

- Komanda işi, həyəcan və bol gülüş

Marşrutun məkanları: Qız qalası, Zəncirlər evi, Məhəmməd məscidi, Şirvanşahlar sarayı və İçərişəhərin digər əfsanəvi guşələri.
Kvest tapmacalar, gizli ismarıcların axtarışı, məntiqi tapşırıqlar və müxtəlif aktivlikləri özündə birləşdirir. Uşaqlar hər bir şifrələnmiş tapşırığı həll etdikcə finala yaxınlaşacaq və xəzinə sandığını tapıb açmaq şansı əldə edəcəklər!

 

Oyundan əvvəl: aparıcı uşaqlara təlimat və oyunöncəsi isinmə məşqi keçirir. Bu, komandanı birləşdirir, uşaqları oyuna kökləyir və qarşıda onları nələrin gözlədiyini izah edir.

Tarix və vaxt: hər həftəsonu (şənbə/bazar) – saat 11:00 və 14:00. Öz qrupunuzla qoşulmaq istəyirsinizsə, həftənin istənilən gününü seçə bilərsiniz (minimum 15 nəfərlə).

Müddət: 1,5–2 saat
Yaş: 9–13, 14–16 yaş
Qiymət: 25 AZN. Bir ailədən ikinci uşaq üçün 20% endirim – qiymət 20 AZN olacaq.
Görüş yeri: İçərişəhər
Dil: rus, azərbaycan

Qiymətə daxildir:

- kvest üçün lazım olan materiallar (oyun zamanı iştirakçılara təqdim olunur);

- iştirakçıları bütün oyun boyu müşayiət edən aparıcıların işi;

- uşaqları oyunda gözləyən yadda qalan trofeylər–xəzinələr.


Teqlər: Bakının ürəyi İçərişəhərdə uşaqlar üçün kvestlər başladı!

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR