“Yaşıl Qatar” sərgisi açıldı: incəsənət və ekologiya bir xəttdə
Sərgi 26.11.2025

“Yaşıl Qatar” sərgisi açıldı: incəsənət və ekologiya bir xəttdə

Dünən Azərbaycan Dəmir Yolları Muzeyində “Yaşıl Qatar” sərgisi açıldı. Layihə müasir incəsənəti və dəmir yolunun ekoloji dəyərlərini bir araya gətirir.

Ekspozisiyada heykəltəraşlıq, tekstil, rəsm, foto, videoart və installyasiya kimi müxtəlif sənət növləri təqdim olunur. Sərgi il boyu davam edəcək və ziyarətçilərə yeni sənətçiləri tanımaq, davamlı nəqliyyat və mədəni yaddaş barədə düşünmək imkanı yaradacaq.

Kurator Sitara İbrahimbəyli bildirir ki, “Yaşıl Qatar” şəxsi xatirələri, yaşıl enerji mövzularını və dəmir yolunun yeni baxışını birləşdirir. Sərgidə gənc rəssamların işləri də mühüm yer tutur.

“Yaşıl Qatar” keçmişdən gələcəyə uzanan poetik səyahətin simvoludur. Layihəyə təqdim olunan əsərlər yaşıl nəqliyyatı, ekoloji məsuliyyəti və hərəkətin poetikasını əks etdirməlidir.

Sərgi incəsənətsevərləri və ekologiya ilə maraqlanan hər kəsi bir araya gətirərək, daha davamlı bir dünyaya doğru səyahət təklif edir.

Mənbələr: https://varyox.az/

https://azertag.az/

 

 


Teqlər: “Yaşıl Qatar” sərgisi açıldı: incəsənət ekologiya xəttdə

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR