İçərişəhərdə Yeni il bayramı münasibətilə təşkil olunan “Qədim Şəhərin Qış Nağılı” festivalı davam edir. Tarixi məkanlar bayram dekorasiyaları və işıqlandırma ilə bəzədilib, əsas tədbirlər isə Qoşa Qala meydanında və Bakı Fotoqrafiya Evində keçirilir. Proqram çərçivəsində yarmarkalar, musiqi çıxışları, animasiya proqramları və uşaqlar üçün mədəni tədbirlər təşkil olunur.
11 yanvar tarixinədək Qoşa Qala meydanında hər gün saat 11:00–21:00 aralığında Yeni il yarmarkası fəaliyyət göstərir.
Qoşa Qala meydanında tədbirlər proqramı
30 dekabr
• 15:00–15:40 — Frozen şousu
• 15:00–16:00 — Şaxta baba və Qar qızı
• 15:00–18:00 — animasiya proqramı
• 16:00–16:30 — Şaxtababaların paradı
• 15:00–21:00 — DJ proqramı
31 dekabr
• 15:00–16:00 — Şaxta baba və Qar qızı
• 15:00–18:00 — animasiya proqramı
• 15:00–21:00 — DJ proqramı
1 yanvar
• 15:00–21:00 — DJ proqramı
Bakı Fotoqrafiya Evində Yeni il tədbirləri
Bakı Fotoqrafiya Evində Yeni il proqramı əsasən uşaqlar və ailələr üçün nəzərdə tutulub.
5 yanvar tarixinədək burada Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Qışın Rəngləri” adlı uşaq sərgisi keçirilir (30 dekabr – 5 yanvar, saat 14:00–18:00).
30 dekabr
• 12:00–18:00 — Şaxta baba və Qar qızı
• 14:25–15:00 — Azərbaycan Dövlət Uşaq Filarmoniyasının konsert proqramı
• 16:00–17:00 — yazıçı Mürşüd İsmayılovun “Əjdaha qardaşlığı” adlı hekayəsinin oxunuşu
31 dekabr
• 12:00–18:00 — Şaxta baba və Qar qızı
“Qədim Şəhərin Qış Nağılı” festivalı paytaxt sakinlərini və şəhər qonaqlarını Yeni il günlərini İçərişəhərin özünəməxsus tarixi atmosferində keçirməyə dəvət edir.
Əlaqə məlumatları:
Telefon: 012 492 11 75
E-poçt: [email protected]