Bakı Metropoliteni Yeni ili qarşılayır
Xəbərlər 27.12.2025

Bakı Metropoliteni Yeni ili qarşılayır

27–30 dekabr tarixlərində bütün istəkli sərnişinlər Bakı Metropoliteninin unikal retro-vaqonları ilə tanış ola biləcək. Ziyarətçilər tarixi qatarlar haqqında maraqlı məlumatlar öyrənə, xatirə şəkilləri və videolar çəkə biləcəklər. Bu günlərdə retro-vaqonlar saat 10:00-dan 22:00-dək açıq olacaq.

Yeni ilin qabağı, 30 və 31 dekabr tarixlərində, kiçik sərnişinləri stansiyalarda Şaxta Baba və Qar Qız qarşılayacaq. Nağıl qəhrəmanları uşaqlara bayram əhval-ruhiyyəsi, əyləncə proqramı və simvolik hədiyyələr təqdim edəcəklər.

Sərnişinlərin diqqətinə: 31 dekabrdan 1 yanvar gecəsinə keçən müddətdə stansiyalar saat 02:00-dək açıq olacaq, xətt üzrə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. «İçərişəhər», «Sahil» və «28 May» stansiyalarında nəzarət və növbə tədbirləri gücləndiriləcək.


Teqlər: Metropoliteni qarşılayır

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR