25 yanvar 2026-cı il tarixində Bakıda “Keçmişə səyahət” adlı Retro Avtomobillər Festivalı keçiriləcək. Tədbir klassik avtomobil həvəskarlarını və avtomobil tarixinə maraq göstərən hər kəsi bir araya gətirəcək.
Festival Koroğlu metro stansiyasının yaxınlığında, Bravo parkinqində baş tutacaq. Ziyarətçiləri retro avtomobillərin sərgisi, keçmiş dövrlərin ab-havası və müxtəlif illərə aid unikal avtomobilləri yaxından görmək imkanı gözləyir.
Retro avtomobil sahibləri festivalda öz avtomobillərini təqdim etmək istədikləri halda 055-902-20-00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Tarix: 25 yanvar 2026
Məkan: Bravo parkinqi, Koroğlu m/st
Giriş: tamaşaçılar üçün pulsuzdur