Azərbaycanın ümumtəhsil məktəblərində yanvar ayının sonunda qış tətili olacaq.
Nazirlər Kabinetinin qərarına əsasən, 2025–2026-cı tədris ilində şagirdlər 27–31 yanvar tarixlərində istirahət edəcəklər. 1 fevral bazar gününə təsadüf etdiyindən, dərslər ümumilikdə altı gün müddətinə dayandırılacaq.
Məktəblərdə dərslər 2 fevral, bazar ertəsi günü bərpa olunacaq.