Bu gündən, 7 fevraldan etibarən, Bakının tarixi mərkəzində – Qoşa Qala meydanında – Sevənlər Günü ilə bağlı festival keçirilir. Tədbir 14 fevrala qədər davam edəcək və bütün ziyarətçilər üçün açıqdır.

Festival qonaqlarını gözəl bəzədilmiş məkanlar, fotozonalar və bayram əhval-ruhiyyəsi gözləyir. Ziyarətçilər İçərişəhərin qədim küçələrində romantik gəzintinin dadını çıxara və sevdikləri ilə unudulmaz anlar keçirə bilərlər. İstəyənlər dadlı vafli, Magnolia şirniyyatları və digər şirniyyatları da əldə edə bilərlər.
Festivalın giriş haqqı pulsuzdur.
Əlaqə üçün telefon: +994 12 492 11 75