2026-cı ilin mart ayında Azərbaycan sakinlərini adi haldan daha çox istirahət günü gözləyir. Rəsmi bayramlar və həftəsonları nəzərə alınmaqla ay ərzində ümumilikdə 13 qeyri-iş günü olacaq.
Ayın əvvəlində əlavə istirahət günü olacaq. Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyi üçün 9 mart da qeyri-iş günü hesab ediləcək.
Ən uzun istirahət dövrü martın sonunda gözlənilir. Novruz bayramı ilə əlaqədar 20–24 mart tarixləri qeyri-iş günləri elan edilib. Bayram günlərinin bir hissəsi şənbə və bazar günlərinə düşdüyünə görə istirahət günləri uzadılacaq. Bundan əlavə, Ramazan bayramı günlərinin Novruz günləri ilə üst-üstə düşməsi səbəbindən əlavə istirahət günləri də veriləcək.
Beləliklə, ölkədə 20 martdan 30 mart daxil olmaqla ardıcıl istirahət günləri olacaq.