Pirəkəşkül qəsəbə orta məktəbinin şagirdi Nilufər Şükürova böyük uğur qazanaraq Azərbaycan üzrə ilk dəfə olaraq dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri — New York University Shanghai universitetinə tam təqaüdlə qəbul olunub.
Bildirilib ki, o, yüksək akademik göstəriciləri və qlobal akademik mühitə uyğun potensialı sayəsində seçim mərhələlərini uğurla keçib. Universitet tələbələrinin təxminən yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilir.
Təqaüdün ümumi məbləği 82 000 dollar təşkil edir.