Həftəsonu uşaqlarla vaxtı necə keçirmək barədə düşünürsünüz? Sizin üçün maraqlı və müxtəlif tədbirlər topladıq: yaradıcılıq master-klasslarından və kulinariya məşğələlərindən tutmuş intellektual oyunlara və ailəvi atmosferli tədbirlərə qədər. Zövqünüzə uyğun seçin — aktiv, maarifləndirici və ya sadəcə xoş istirahət.
Afisha bölməmizdə izləyə bilərsiniz.
“Nə? Harada? Nə zaman?” intellektual oyunu
Uşaqlar maraqlı məntiqi tapşırıqları həll edir, komanda ilə işləməyi və qeyri-standart düşünməyi öyrənirlər. Hər oyun yeni suallar və aktiv iştirakla keçir.
Aparıcı: Anna Vaysertreyger — biologiya üzrə fəlsəfə doktoru.


Tarix: 12 aprel
Saat: 15:00
Yaş: 9–16 yaş
Dil: rus
Qiymət: 15 AZN
Məkan: EDU Company, “Elmlər” m.
Əlaqə: +994 50 716 57 87
Fizika dərnəyi
Velosiped niyə pedalı daha sürətli çevirəndə tez gedir? Top niyə qövs üzrə uçur? Telefon necə işıq saçır və ütü niyə qızır? Bütün bunlar fizikadır! Dərslərdə uşaqlar fizikanı çətin düsturlarla deyil, gündəlik həyatda müşahidə olunan təcrübələr və real nümunələr vasitəsilə öyrənirlər: hərəkət, enerji, elektrik, atomun quruluşu və kainatın iş prinsipi.

Tarix: 11 aprel
Saat: 16:00
Yaş: 10–14 yaş
Dil: rus dili
Qiymət: 50 manat
Məkan: Imza Group (m. “Elmlər”)
Əlaqə: +994 50 716 57 87 (WhatsApp)
Pasxa kuliçlərinin bəzədilməsi üzrə master-klass
Uşaqlar üçün həm maraqlı, həm də dadlı fəaliyyət — kuliçlərin bəzədilməsi və xoş atmosferdə vaxt keçirmək imkanı.

Tarix: 11 aprel
Saat: 15:30
Yaş: 5+
Dil: rus
Qiymət: 30 AZN
Məkan: Süleyman Rüstəm, 33B
Əlaqə: +994 50 707 77 02
Özbək günü
Milli ab-havalı tədbir: samsa master-klası, vegetarian plov, piyalələrdə çay, quru meyvələr və özbək rəqsləri.

Tarix: 12 aprel
Saat: 17:00
Yaş: məhdudiyyətsiz
Dil: rus, azərbaycan dili
Qiymət: 30 AZN
Məkan: Mehdi Hüseyn küç., 63
Əlaqə: +994 55 838 57 00
Güzgü dekoru üzrə master-klass
Uşaqlar plastilin vasitəsilə güzgüləri bəzəyərək öz zövqlərinə uyğun rəngarəng və yaradıcı dizaynlar hazırlayacaqlar.

Tarix: 11–12 aprel
Saat: dəqiqləşdirilir
Yaş: 4–16 yaş
Dil: azərbaycan dili
Qiymət: 20 AZN
Məkan: Neftçilər prospekti 145 (Port Baku yaxınlığı, Barbarisso uşaq salonunun binası)
Əlaqə: +994 51 333 61 63
Şokoladlı peçenye hazırlanması üzrə master-klass
Uşaqlar şokoladlı peçenye hazırlamağı öyrənəcək və əyləncəli vaxt keçirəcəklər.

Tarix: 11–12 aprel
Saat: 12:00
Yaş: 4–10 yaş
Dil: azərbaycan dili
Qiymət: 15 AZN
Məkan: Səməd Vurğun küç., 69
Əlaqə: +994 51 225 38 88
Vitraj master-klassı
Yaradıcı məşğələ zamanı uşaqlar şüşə üzərində vitraj rəsmlər çəkərək fantaziyalarını reallaşdıracaqlar.
.jpeg)
Tarix: 11–12 aprel
Saat: dəqiqləşdirilir
Yaş: 4+
Dil: rus, azərbaycan dili
Qiymət: 25 AZN
Məkan: 9 Senses Art Centre
Əlaqə: +994 50 791 32 97
Əl ilə toxuma master-klassı
İştirakçılar iri iplərlə əl toxumasının əsaslarını öyrənəcək və öz ilk işlərini hazırlayacaqlar.

Tarix: 11 aprel
Saat: 13:00
Yaş: 10+
Dil: azərbaycan dili
Qiymət: ödənişsiz
Məkan: Üzeyir Hacıbəyov küç., 95
Əlaqə: +994 55 742 69 22
Yapon avtomobilləri festivalı
Bütün ailə üçün maraqlı tədbir: avtomobil sərgisi və əyləncəli festival atmosferi.

Tarix: 10–12 aprel
Saat: dəqiqləşdirilir
Yaş: məhdudiyyətsiz
Dil: multilinqual
Qiymət: ödənişsiz
Məkan: Park Bulvar Mall
Əlaqə: +994 12 598 80 80
Afisha bölməsində.
Tədbirlərə getməzdən əvvəl təşkilatçılarla əlaqə saxlamağınız tövsiyə olunur.