Bakıda WUF13 iştirakçıları üçün xüsusi bulvar yaradılıb
Xəbərlər 12.05.2026

Bakıda WUF13 iştirakçıları üçün xüsusi bulvar yaradılıb

WUF13 Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının iştirakçıları üçün 2,5 hektar ərazini əhatə edən xüsusi bulvar yaradılıb. Bu barədə 12 may tarixində Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda forumla bağlı görülən hazırlıq işləri ilə tanış olarkən məlumat verilib. Forum 17–22 may tarixlərində keçiriləcək.

Bulvar iştirakçıların sərbəst hərəkəti, istirahəti və ictimai iaşə xidmətlərindən istifadəsi üçün nəzərdə tutulub. Eyni zamanda bu ərazi tədbirin əsas hissəsi ilə Expo zonasını birləşdirən açıq ictimai məkan funksiyasını daşıyır.

Urban Expo zonası 3,5 hektar sahəni əhatə edir. Burada 41 ölkə pavilyonu da daxil olmaqla ümumilikdə 121 pavilyon yerləşəcək. Ərazidə beynəlxalq təşkilatlar, dövlət qurumları, özəl sektor və təhsil müəssisələri də təmsil olunacaq.

Tədbir məkanının planlaşdırılması zamanı rəsmi mərasim zonalarına xüsusi diqqət ayrılıb. Bayraq meydanı şəhər atmosferini əks etdirmək məqsədilə qala divarlarını xatırladan elementlərlə hazırlanıb.

Bundan əlavə, nəqliyyat terminalı və transfer parkinqi funksiyalarını yerinə yetirəcək 10 hektarlıq əlavə ərazi ümumi əməliyyat zonasına inteqrasiya olunub. Tədbirin nəqliyyat planına avtobuslar, taksilər, elektrobuslar və hava limanı transferləri daxildir.

Qeydiyyat zonası saatda 1000 nəfərə qədər iştirakçıya xidmət göstərə biləcək. Əlilliyi olan şəxslər üçün ayrıca qeydiyyat və akkreditasiya masaları yaradılıb.

 


Teqlər: Bakıda iştirakçıları üçün xüsusi yaradılıb #wuf13 #baku #azerbaycan #bakıolimpiyastadionu #urbanexpo #şəhərforumı #ilhaməliyev #baku2026 #urbanforum #expo

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR