Bakıda uşaqlarla həftəsonunu keçirmək üçün 8 maraqlı ideya
Məqalə 25.06.2026

Bakıda uşaqlarla həftəsonunu keçirmək üçün 8 maraqlı ideya

Qarşıdan həftəsonu gəlir və bu, ailə ilə maraqlı vaxt keçirmək üçün əla fürsətdir. Müxtəlif yaş qrupları üçün uyğun olan 7 tədbiri sizin üçün topladıq: yaradıcılıq ustad dərsləri, elmi proqramlar, ailə festivalları və İçərişəhərdə maraqlı macəra.

 

Sea Breeze-də Sciencely Baku Yay Elm Düşərgəsi fəaliyyətə başlayır. Ətraflı məlumatı AFİŞA bölməsində tapa bilərsiniz.

 

İçərişəhərdə “Köhnə Şəhərin Xəzinələri” kvesti

Bakının ən qədim məkanında əsl macəra! Uşaqlar tapmacaları həll edəcək, gizli mesajları axtaracaq və addım-addım xəzinə sandığına doğru irəliləyəcəklər. Oyun zamanı iştirakçılar İçərişəhərin əfsanələri ilə tanış olacaq və komanda şəklində işləməyi öyrənəcəklər.

Tarix: 27–28 iyun
Saat: 11:00, 14:00
Yaş: 9–13, 14–16 yaş
Qiymət: 25 AZN (ikinci uşaq üçün 20% endirim)
Dil: rus, azərbaycan
Məkan: İçərişəhər
Əlaqə: +994 50 577 53 93 (WhatsApp)

 

IZ Summer: Barbecue Edition

Barbekü, ustad dərsləri, musiqi, fotozonalar və yerli brendlərin yarmarkasını bir araya gətirən böyük yay ailə festivalı. Proqram həm uşaqlar, həm də böyüklər üçün maraqlı fəaliyyətlərlə zəngindir.

Tarix: 28 iyun
Saat: 11:00–20:00
Yaş: 0+
Qiymət: ödənişsiz
Dil: azərbaycan, rus
Məkan: Balagan Restopub (Su İdmanı Sarayının yaxınlığı)
Əlaqə: +994 50 711 30 03

 

Amburan Mall-da nəhəng rəsm tədbiri

Balaca qonaqları qeyri-adi yaradıcılıq məkanı gözləyir. Uşaqlar böyük çiçək naxışlı xalça üzərində arzularını çəkərək rəngarəng kollektiv rəsm yaradacaqlar.

Tarix: 27 iyun
Saat: 19:00–20:00
Yaş: 0+
Qiymət: ödənişsiz
Dil: çoxdilli
Məkan: Amburan Mall
Əlaqə: +994 12 404 25 64

 

Soap Dessert Party – Frida Co.

İştirakçılar meyvəli tartalet formasında əl işi sabunu hazırlayacaq, yaradıcılıq dolu vaxt keçirəcək və yeni təcrübə qazanacaqlar. Tədbirin sonunda qonaqları ev şirniyyatları ilə çay süfrəsi gözləyir.

Tarix: 27 iyun
Saat: 12:00
Yaş: 6+
Qiymət: 35 AZN
Dil: rus, azərbaycan
Məkan: Frida Co.
Əlaqə: +994 10 328 28 50, +994 10 328 20 50

 

Family Day – King Pong Baku

Hər bazar günü təşkil olunan Family Day çərçivəsində uşaqlar üçün maraqlı ustad dərsləri keçirilir. Bu həftə balaca qonaqlar hava ilanı hazırlamağı öyrənəcəklər, valideynlər isə restoranda istirahət edə biləcəklər.

Tarix: 28 iyun
Saat: 14:00–18:00
Yaş: 4+
Qiymət: restoran sifarişi ilə ödənişsiz
Dil: çoxdilli
Məkan: King Pong Baku
Əlaqə: +994 55 838 57 00

 

“Pişik balası” mövzusunda kətan üzərində rəsm

Uşaqlar üçün nəzərdə tutulmuş bu yaradıcılıq məşğələsində iştirakçılar öz rəsmlərini kətan üzərində çəkəcək və rəssamlığın əsasları ilə tanış olacaqlar.

Tarix: 27 iyun
Saat: 14:00–18:00
Yaş: 4+
Qiymət: 15 AZN
Dil: çoxdilli
Məkan: Tarana’s Small Gallery & Cafe
Əlaqə: +994 55 425 09 76

 

İnteraktiv Elm Muzeyi

Uşaqlar maraqlı təcrübələrdə iştirak edəcək, interaktiv nümayişləri izləyəcək və ətraf aləmin necə işlədiyini daha yaxından öyrənəcəklər.

Tarix: 27 iyun
Saat: 11:00–14:00
Yaş: 8+
Qiymət: 15 AZN
Dil: rus
Məkan: Hədəf Stars International Campus
Əlaqə: +994 55 202 41 15

 

Sevimli İtlər Dünyası” ustad dərsi

Əgər uşağınız itləri sevirsə, bu ustad dərsi onun üçün həftəsonunun ən maraqlı tədbirlərindən biri ola bilər. İştirakçılar dekorativ it fiqurlarından ibarət öz kolleksiyalarını yaradacaq, onları akril boyalarla rəngləyəcək və müxtəlif it cinsləri haqqında maraqlı məlumatlar öyrənəcəklər. Hazırladıqları kolleksiyanı isə özləri ilə evə aparacaqlar.

Tarix: 28 iyun
Saat: 11:00
Yaş: 5+
Qiymət: təşkilatçıdan dəqiqləşdirilir
Dil: rus
Məkan: Len&Dolls
Əlaqə: +994 55 776 76 01, WhatsApp: +994 55 262 89 05

 

 

Bütün həftə üzrə teatr və əyləncə tədbirlərinin afişası AFİŞA bölməsində təqdim olunur.

 

Tədbirlərə qatılmazdan əvvəl təşkilatçılarla əvvəlcədən əlaqə saxlamağınız tövsiyə olunur.

 

Reklam və əməkdaşlıq üçün: +994 50 577 53 93.

Teqlər: Bakıda uşaqlarla həftəsonunu keçirmək üçün maraqlı uşaqlar Bakı həftəsonu afişa uşaqlar üçün tədbirlər ustad dərsi kvest ailə istirahəti uşaqlarla hara getməli Bakıda yay tədbirləri

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR