FHN hava şəraitinin pisləşməsi ilə bağlı əhaliyə müraciət edib
Xəbərlər 13.08.2026

FHN hava şəraitinin pisləşməsi ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 17 avqusta qədər ölkənin bəzi rayonlarında güclü külək və fasilələrlə yağıntılı hava gözlənilir, bəzi ərazilərdə yağıntıların intensiv olacağı ehtimal olunur. Çaylarda suyun səviyyəsinin yüksəlməsi, dağ çaylarında isə qısamüddətli daşqınların baş verməsi mümkündür.

FHN güclü külək zamanı yüngül və müvəqqəti konstruksiyalardan, binaların yaxınlığından, reklam lövhələrindən, elektrik xətlərindən və hündür ağaclardan uzaq durmağı tövsiyə edir. Küləkli hava şəraitində yanğınların sürətlə yayılması riski artdığından xüsusi ehtiyatlı olmaq vacibdir.

Kiçik həcmli gəmilərdən istifadə edənlərə belə hava şəraitində dənizə çıxmağın qadağan olunduğu bir daha xatırladılıb.

Daşqın və subasma təhlükəsi yarandıqda vətəndaşlara riskli ərazilərdən uzaq durmaq, təhlükə hiss olunduğu halda isə dərhal yaxınlıqdakı yüksək yerə qalxmaq tövsiyə olunur.


Teqlər: şəraitinin pisləşməsi bağlı əhaliyə müraciət #Azərbaycan #FHN #Hava #Külək #Yağış #Daşqın #Təhlükəsizlik #Bakı #Xəbərlər #HavaProqnozu

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR