12 avqust tarixində astronomiya həvəskarları üçün eyni gündə iki maraqlı səma hadisəsi qeydə alınıb
Xəbərlər 13.08.2026

12 avqust tarixində astronomiya həvəskarları üçün eyni gündə iki maraqlı səma hadisəsi qeydə alınıb

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, 2026-cı ilin ikinci Günəş tutulması baş verib. Bu dəfə tam Günəş tutulması müşahidə olunub. Qismən faza saat 19:34-də başlayıb və 23:57-də başa çatıb, maksimum faza isə 21:46-da qeydə alınıb. Mərkəzi faza 20:57-dən 22:30-dək davam edib, Günəşin tam tutulması isə ən çoxu 2 dəqiqə 18 saniyə sürüb. Bu hadisə Azərbaycan ərazisindən görünməyib.

Eyni zamanda mütəxəssislər Perseid meteor axınının ən fəal dövrünün başladığını bildiriblər. Axının pik nöqtəsi 13 avqust saat 06:00-da gözlənilsə də, onu 24 avqusta qədər müşahidə etmək mümkün olacaq. Hava şəraiti əlverişli olarsa, 12-dən 13 avqusta keçən gecə, xüsusilə sübhə yaxın saatlarda, Azərbaycan sakinləri onlarla, hətta yüzdən çox meteor görə bilərlər.

Astronomlar müşahidə üçün şəhər işıqlarından uzaq, qaranlıq ərazilərə getməyi tövsiyə edirlər. Belə yerlərdə meteorların parlaq izləri daha aydın görünür.


Teqlər: tarixində astronomiya həvəskarları üçün gündə maraqlı hadisəsi alınıb #Astronomiya #GünəşTutulması #Perseidlər #MeteorAxını #Kosmos #Azərbaycan #Bakı #Xəbərlər #GecəSəması #UlduzYağışı

BAKIDA UŞAQLARLA HARA GETMƏK OLAR?

Məkanlar ətraflı BÜTÜN MƏKANLAR