Sentyabrın ilk həftəsonunu ailə ilə maraqlı keçirmək üçün Bakıda müxtəlif tədbirlər keçiriləcək. Seçimimizdə mədəni tədbirlər, yaradıcılıq məşğələsi, ailəvi viktorina, festivallar və açıq havada kino nümayişi yer alır.
Sciencely Baku-da uşaqlar üçün elmi dərnəklərə qeydiyyat açıqdır. Ətraflı məlumat «Afisha» bölməsində.
«Şanlıurfa Mədəniyyət Günləri»
Türkiyənin Şanlıurfa şəhərinin zəngin tarixi və mədəniyyəti İçərişəhərdə canlanacaq. Qonaqları Göbeklitepe və Karahantepeyə həsr olunmuş sərgilər, ənənəvi sənətkarlıq nümunələri, milli mətbəx, musiqi, xalq rəqsləri və digər mədəni proqramlar gözləyir.

Tarix: 5–6 sentyabr
Saat: 18:00-dan
Yaş: 0+
Qiymət: pulsuz
Dil: çoxdilli
Məkan: İçərişəhər, Qoşa Qala meydanı
Əlaqə: +994 (12) 492-11-75
Mini pizza master-klassı
Uşaqlar master-klass zamanı öz əlləri ilə mini pizza hazırlayaraq həm yeni bacarıq qazanacaq, həm də maraqlı vaxt keçirəcəklər.

Tarix: 5–6 sentyabr
Saat: 14:00
Yaş: 4–10 yaş
Qiymət: 15 manat
Dil: çoxdilli
Məkan: NINJA KIDS Club & Coffee
Əlaqə: +994 50 827 27 27
Ailəvi viktorina
Suallar, gülüş, maraqlı tapşırıqlar və sağlam rəqabət. Ailə komandaları diqqətliliklərini, çevikliklərini və biliklərini sınaya biləcəklər.

Tarix: 6 sentyabr
Saat: 14:00
Yaş: 8+
Qiymət: dəqiqləşdirilir
Dil: dəqiqləşdirilir
Məkan: Cafe Obraz, Bakı
Əlaqə: +994 50 616 37 84
«Azərbaycan təsviri sənətinin şah əsərləri. Qızıl kolleksiya»
Muzey Mərkəzində keçiriləcək sərgidə Azərbaycan təsviri sənətinin seçilmiş əsərləri təqdim olunacaq. Sakit və maarifləndirici ailəvi həftəsonu üçün yaxşı seçimdir.

Tarix: 5–6 sentyabr
Saat: 10:00–17:00
Yaş: 0+
Qiymət: 7 manat
Dil: çoxdilli
Məkan: Muzey Mərkəzi
Əlaqə: +994 12 598 37 31
«Dost olaq» uçurtma festivalı
Dəniz kənarında keçiriləcək ailəvi festivalda uşaqları və böyükləri açıq havada əyləncəli proqram gözləyir. Uçurtma uçurmaq və festival atmosferindən zövq almaq üçün əla fürsətdir.

Tarix: 5 sentyabr
Saat: 11:00–21:00
Yaş: 0+
Qiymət: 10–30 manat
Dil: çoxdilli
Məkan: Mambo Beach
DOGFEST 3
Yay mövsümünün bağlanışına həsr olunan pet-friendly festival. İtləri sevənlər və uşaqları ilə fərqli bir gün keçirmək istəyən ailələr üçün maraqlı seçimdir.

Tarix: 5 sentyabr
Saat: 17:00–22:00
Yaş: 6+
Qiymət: 10 manatdan
Dil: çoxdilli
Məkan: Zagulba FM, Buzovna
Əlaqə: +994 50 999 93 61
Sky Cinema: «Oyuncaq hekayəsi 5»
Dəniz kənarında açıq havada ailəvi kino gecəsi. Yeni hissədə Vudi, Baz Lightyear, Cessi və dostları Boninin həyatına müasir texnologiyaların daxil olması ilə yeni bir macəraya atılırlar.

Tarix: 5 sentyabr
Saat: 20:30–22:15
Yaş: 6+
Qiymət: 10–20 manat
Dil: türk dili
Məkan: Sky Cinema, Buzovna
Əlaqə: +994 55 581 11 34
AFİŞA bölməsində.
Tədbirlərə getməzdən əvvəl təşkilatçılarla əvvəlcədən əlaqə saxlamağınız tövsiyə olunur.